Düymə yeri araqatı materialı işlədilmədən hazırlandıqda astar içəri tərəfə qatlanır, ütülənir və astarla birləşən tikişindən 1-2 mm məsafədə (astarla düymə yerinin arasına araqatı materialı qoyulmaqla) baxyalanır. Ağ parçadan olan şalvarlarda düymə yeri araqatı materialı işlətmədən də hazırlanır.
• Bel kəsiyinə kəmərin birləşdirilməsi
Şalvarın kəməri astarla və astarsız korsaj lenti və araqatı materialı ilə hazırlanır. Astarlıq kimi açıq rəngli pambıq və ya ipək parçadan istifadə edilir. Kəmərin şaxlığını artırmaq və astarına möhkəmlik vermək üçün ona kətan və ya bez parçadan araqatı qoyulur. Bunun üçün modelə müvafiq olaraq şalvarın kəməri calaqla biçilir. Astar bir və ya iki hissədən ibarət olur.
Pambıq parçadan tikilmiş şalvarın astarı əsas parçanın özündən də ola bilər. Şalvarın beli ayrı biçilmiş kəmərlə işlənildikdə, əsasən, xüsusi korsaj tesmadan istifadə edilir. Yaxud əvvəlcədən xüsusi hazırlanmış korsajdan (astarla və araqatı materialı ilə birlikdə hazırlanmış) istifadə olunur.
Kəmərin uzunluğunu tənzimləmək üçün rezin lentdən və kəmərcikdən də istifadə edilir. Bunun üçün şalvarın kəməri biçiləndə onun calaq tikişi modelə müvafiq olaraq arxa hissənin qarsaq tikişinin bərabərində, qabaq hissənin qarsaq və qasma səviyyəsində və yan tikişdə müəyyənləşdirilir.
Calaqlar kəmərə 7 mm enində tikişlə calanır. Bu halda, kəmərin və calaqların naxışlan (əgər varsa) bir-birinə uyğunlaşdırılır, calaq tikişi açılır və ondan 2 mm aralı bəndlənir. Bəndləmə tikişi salındıqda kəmərin içəri tərəfindən onun enində 30 mm uzunluğunda əsas parçadan hissə qoyulur.
Kəməri şalvarla birləşdirdikdən sonra kəmər calağının tikişi kəmərciyin eni qədər sökülür və kəmərciyin tikilməsi üçün yer açılır.
Kəmərin calağında kəmərcik üçün açıq yeri kəmərdə ilgək açmaqla da işləmək olar. Bu halda, xüsusi maşında ilməklənmiş ilgəyin uzunluğu kəmərciyin eninə bərabər olmalıdır. İlgək ilməkləndikdə möhkəmliyini artırmaq üçün ona içəri tərəfdən pambıq parçadan nazik hissə (bez, kolenkor) qoyulur. Onda parça qırığının əriş sapı ilgəyin açıqlığına paralel yönəlməlidir. Rezin lentli kəmərcik şalvarın içəri tərəfinə çıxarılmalı olduqda kəmərin astarında müəyyən edilmiş yerdə ilgək ilməklənir.
Rezin lentli kəmərcik kəmərdəki açıqlıqdan keçirilərək orta tikişə dörd irəli-geri tikişlə bəndlənir.
Kəmər şalvarın bel kəsiyinə ikiiynəli xüsusi maşınla birləşdirildikdə əvvəlcə ilməkləyici və ya universal maşında 4-5 mm enində seyrək tikişlə, yarım-kəmər hissələri və ya bu məqsədlə biçilən bütöv kəmər lent kimi birləşdirilir. Pambıq parçadan olan şalvarların yarım-kəmərlərinin orta kəsiyi azı 10 mm tikiş payı saxlamaqla tikilir.
Şalvarın yan və addım kəsikləri, kəmər kəsiyi və çərtikləri bərabərləşdirilməklə qabaq hissə tərəfdən bərkidici tikişlə 10 mm enində tikilir. Parçada üfüqi (düz biçimli geyimlərdə) naxış olduqda, diz xəttindən aşağı qabaq və arxa hissədə onların simmetrikliyi gözlənilməlidir. Şalvarın əsas kəsiklərinin bərkidici tikişlə və sonradan hazır hissəni dəst halında yığan yarımavtomat maşında işlənilməsi məsləhətdir. Bu halda məmulatın keyfiyyəti yaxşılaşır, əmək məhsuldarlığı artır. Bundan başqa, yarımavtomat maşını istifadə etdikdə şalvar balağının kəsiklərini hamarlamağa ehtiyac qalmır. Bu halda, yan və addım tikişi işlənməzdən əvvəl tesma yalnız arxa hissənin balağına tikilir.
Tikiş ütü, PPU-1-02+PBŞ-Q+UP-1 və ya başqa markalı xüsusi yastıqlı preslə açılır. Pambıq parçadan hazırlanan xüsusi və idman şalvarlarının addım kəsikləri 7-8 mm enində tikilir, eyni zamanda kəsik ilməklənir, bağlı və yaxud qapalı tikişlə, ya da bayağı tikişli xüsusi maşında bağlı kəsikli yapışdırıcı tikişlə icra edilir.
Kəmər birləşdirilməzdən əvvəl işi asanlaşdırmaq üçün eyni zamanda yan cibin, saat cibinin və qabaq hissənin astarı (astarlı şalvarda), eləcə də onun qasmaları qabaq hissənin bel kəsiyinə 5 mm enində tikilir. Yun parçadan hazırlanan kişi şalvarlarının kəmərini korsaj lenti ilə işlədikdə 852x32 sinif ikiiynəli maşından, şalvar pambıq parçadan olduqda isə 852x38 sinif ikiiynəli xüsusi maşından istifadə edilir (Şəkil 2.16, a). Bunun üçün kəmər, korsaj lenti və ya astar qabaqcadan kasetə dolanmalıdır. Kəmərin yuxan və aşağı kəsiyi xüsusi tərtibatın köməyi ilə 7-10 mm enində içəriyə qatlanır(bax. Şəkil 2.16, b, tikiş - 1). Kəmər, korsaj lenti (və ya astar) və kəmər körpüsünün (əgər modeldə varsa) uclan 2-4 mm boşluq payı saxlamaqla bel yerinə eyni zamanda tikilir. Kəmərdən astar tərəfə 1-2 mm enində kant alınır (Şəkil 2.16, a, b).