1.3.2. Tələbələr üçün fəaliyyətlər
|
1.3.3. Qiymətləndirmə
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:
“Ülgünün döşənməsi üçün parçanın növünün arğac və əriş istiqamətini müəyyən edir”
|
Zərif xovlu, müxtəlif çalarlı, qeyri-simmetrik zolaqlı və dama-dama parçanı biçdikdə eyni hissələr eyni cür biçilməlidir (köbə, kəmər və manjetdən başqa).
Qısa xovlu parçaların (bobrik, plyuş, yarımməxmər, velvet-kord, velvet-rubçik və s. ) hissələrində eyni çalarlıq almaq üçün xov aşağıdan yuxarıya tərəf yönəldilir. Xovu aydın görünən(drap, mahud) və pambıq parçaların (melanj, mahud, zamşa, vilveton) xovunu yuxarıdan aşağıya yönəltmək lazımdır (xovunun müəyyən yönəlişi olmayan parçalarda isə hissələri hər iki yönəlişdə biçmək olar).
Parçada naxışların simmetrikliyini saxlamaq üçün hissələri 1/2, 3/4 və ya tam rapport həcmində biçmək lazımdır. Geyimin biçilmiş hissəsindəki görünən yerində parçanın qüsuru olmamalıdır. Bu tələbi bildikdə əvvəlcə geyimin böyük hissələrinin ülgüləri(ətəyin qabaq və arxa taxtaları, lifin qabaq və arxa hissələri, qollar), onların arasında isə qalan bütün hissələr (düymələnmə yerinin altlığı, yaxalıq,köbə,manjet, cib və başqa hissəciklər) yerləşdirilir. Bütün hissə və hissəciklər parça üzərində yerləşdirilməmiş və ülgülərin konturu, qarsaqları, çərtikləri parçaya köçürülməmiş heç bir hissəni biçmək olmaz. Ülgülərin konturu tabaşirlə, qurudulmuş sabunla, yaxud parça markeri ilə cızılır. Bu köçürməyə tabaşırləmə deyilir. Tabaşırləmədən əvvəl döşənmiş ülgülər bir daha yoxlanılır, ülgü ilə parçanın əriş sapının uyğunluğu dəqiqləşdirilir. Bunun üçün santimetrli lent ilə parçanın kənarından ülgü üzərində çəkilmiş əriş sapına qədər olan məsafə ölçülür. Ölçü ülgünün 2 yerindən (əriş sapı xəttinin aşağı və yuxarısından) aparılır. Əgər bu ölçülər bərabər olmazsa, onda ülgünün bir tərəfini çəkməklə çalışmaq lazımdır ki, ülgüdə çəkilmiş əriş sapı parçanın kənar xəttinə paralel olsun. Ülgülər elə yerləşdirilməlidir ki, tullantı az alınsın, yəni parçaya qənaət olunsun. Belə yerləşdirmə saya parçada daha yaxşı alınır.