Şəkil 1.17 a, b, c, ç. Qabaq və arxa hissə üçün yapışqanlı araqatı
Kişi kostyumunun köməkçi ülgüləri aparıcı müəssisələrinin təcrübələri,modalar evinin təqdim etdiyi ülgülər əsasında qurulur və
modelin xüsusiyyətlərinə əsasən tətbiq edilir.
Şəkil 1.18 Pencəyin ətək xəttinin - 1, yaxa - 2 və bortun - 3 təbaşirlənməsi üçün
köməkçi ülgünün qurulması
Kişi kostyumunun əsas və istehsal ülgülərində göstərilən əriş sapının istiqaməti və fərq normasına ciddi nəzarət edilməlidir.
|
1.2.2. Tələbələr üçün fəaliyyətlər
- Hər qrupa təqdim olunmuş ülgülərin içərisində əsas və köməkçi ülgüləri seçin.
Müzakirələr aparın.
- İki qrupa bölünün. Bir qrup qolun, digər qrup jiletin əsas ülgüsünü qursun.
- Şalvarın ilgək yerinin və düymə yerinin ülgüsünü hazırlayın. Tapşırığın adı yazılmış kağızı qrup liderləri götürsün.
- Mövzu ətrafında müzakirələr aparın.
|