Şəkil 1.15 İkinci və üçüncü lay tük
|
Şəkil 1.16 Çiyinlik üçün əlavə qat hissələri
ülgüsünün qurulması |
Şəkil 1.16-də çiyinə əlavə qat üçün qurulan hissənin ülgüsü göstərilmişdir.
• Yapışqanlı əlavə qat materialı hissələrinin ülgüləri
Yapışqanlı əlavə qat materialı ülgüsü “Üst geyimləri qovşaqları üzrə sənaye texnologiyasının əsasları”nın tələbinə müvafiq qurulur.
Şəkil 1.17-də adi parçadan hazırlanan pencəyin qabaq hissəsinə yapışqanlı əlavə qat materialı ülgüsünün qurulması göstərilmişdir.
Şəkil 1.17 b-də üç zona üzrə pencəyin qabaq hissəsinə yapışdırılan ara materialı ülgüsünün qurulması göstərilmişdir.
Şəkil 1.17 c-də arxa hissənin boyun yerinə yapışdırılan ara materialı – 1, arxa hissənin yamşağına yapışdırılan ara materialı – 2.
Şəkil 1.17 ç-də yançağın qol dibinə – 1, ətək xəttinə – 3 və cib altlığı üçün yapışqanlı ara materialının ülgüsünün qurulması göstərilmişdir.