• Bortun araqatı hissələri üçün ülgü. Modeldən, yaş və doluluq qrupundan və materialın keyfiyyətindən asılı olaraq araqatı materialı paketi bir, iki, üç və dörd lay (qat) ola bilər. Birinci lay (qat) bort araqatı ülgüsü qabaq hissənin əsas ülgüsü əsasında qurulur (Şəkil 1.14). Bortun ikinci, üçüncü qat və tük araqatı materialları (Şəkil 1.15) birinci layın (qatın) bort araqatı materialı ülgüsü əsasında qurulur. Bortun araqatı materialı hissələrinin ülgüsü qurulanda araqatı materialının qısalması (yığılması) üçün pay nəzərdə tutulur. |
Şəkil 1.14 Araqatı materialının birinci layı üçün ülgünün qurulması
|