Ayrı-ayrı hissələri biçərkən aşağıdakılara icazə verilir: alt yaxalıq 6 hissədən parçanın eninə və çəpinə istiqamətdə biçilə bilər. Üst yaxalıq və qolun alt hissəsi 2 hissədən, geyimin aşağısının köbəsi 4 hissədən biçilə bilər. Geyimləri təmir edərkən əsas işlərdən biri də təmir ediləcək hissənin sökülməsi, təmizlənib ütülənməsidir. Tikişləri səliqə ilə hissələri tikişin eninə dartmaqla sapları qayçı və ya ülgüc (lezviya) ilə kəsirlər. Kəsərkən ülgücün parçanı zədələməməsinə diqqət yetirmək lazımdır. Bəzi hallarda parça müvafiq möhkəmliyə malik olduqda və maşın tikişlərinin möhkəmliyi azaldıqca hissələri tikişin eninə dartaraq sökmək olar. Ancaq materialın lap köhnəlmiş yerlərini iynənin köməyi ilə alt və üst sapı çəkməklə sökürlər. Bütün hissələri sökdükdən sonra tikiş və qat xətlərini mexaniki şotkanın köməyi ilə tozdan təmizləyirlər. Təmizlənmiş hissələr isti-nəmləndirmə əməliyyatından keçirilir. Bütün tikişlər açılıb ütülənir. Bu əməliyyat üçün istiliyi tənzimlənən ütülərdən istifadə edirlər.
4.4.2. Tələbələr üçün fəaliyyətlər
Qruplara bölünün. Geyimin hansı təmir üsullarının daha keyfiyyətli olması haqqında debat təşkil edin. Hər qrup öz fikrini əsaslandırmağa çalışsın.
|
4.4.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Geyimi sifarişə uyğun təmir edir”
|