Pencək astarının ülgüsünü qurduqda uzunluğu (arxa və qabaq hissələrin və yançağın) və eni (qabaq hissədə) dəqiqləşdirmək üçün pay nəzərdə tutulur.
Şəkil 1.11 və 1. 12 b-də pencək və jilet üçün astar hissələrin ülgüsünün qurulması göstərilmişdir.
Pencək və jilet astarının ülgüsü hazırlananda arxa və qabaq hissələrin çiyin kəsiklərinin uzunluğu ilə əsas ülgüdəki arxa və qabaq hissənin çiyin kəsiklərinin uzunluğu dəqiqləşdirilir. Yançağın astar ülgüsü qurulanda onun yan kəsiyinin qabaq hissə astarının yan kəsiyi ilə uzunluğu bərabərləşdirilir. Qolun astarının qol ağzındakı eni, əsas ülgüdəki qol ağzının yamşaqsız eni qədər götürülür. Qolun astarının alt hissəsinin dirsək və qabaq kəsiyi əsas ülgü ilə dəqiqləşdirilir. |
Şəkil 1.12 Pencəyin yançağı, qol və jiletastarının ülgüsünün qurulması
|