a
|
b
|
Qol dibi səviyyəsində qolun qabaq və arxa tərəfində eninə böyük qırışlar alınmışdır (Şəkil 4.6, b). Səbəbi isə qol dairəsinin hündürlüyünün az olmasıdır. Bunun üçün qol öz yerindən sökülür. Qolun yuxarı hissəsi ütülənir, qol dairəsi yenidən biçilir və onun hündürlüyü artırılır.
Ətək omba və ya bel xəttində enli, yaxud ensizdir. Onu düzəltmək üçün yan kökləmələr sökülür, artıq parça tikişdən götürülür, yaxud əksinə, ətək ensiz olduqda ehtiyat payı hesabına enliləşdirilir.
Ətəkliyin arxa (Şəkil 4.7, a) və ya qabaq taxtası (Şəkil 4.7, c) ortada gərilmişdir. Bu qüsuru düzəltmək üçün bel xəttində arxa və ya qabaq taxtanın orta xəttindəki ehtiyat parçasından istifadə edilir. Bu halda bel xəttinin yan kəsiklərindəki tikiş payı əvvəlki kimi saxlanılır. Bel xəttində yan tikişi azacıq qisaltmaqla, yəni, tikiş payını enliləşdirməklə, həmin qüsuru aradan qaldırmaq olar. Belə olduqda arxa və qabaq taxtaları əvvəlki kimi saxlamaq lazımdır.
a
|
b
|
c
|
Ətəyin arxa və qabaq taxtasının bel hissəsində eninə qırış əmələ gəlmişdir (Şəkil 4.7. b, c). Bu qüsuru düzəltmək üçün arxa və ya qabaq taxtanın ortasından artıq qalmış parçanı bel xəttindəki tikiş payının enini artırmaq yolu ilə yox etmək lazımdır.
• Bədənin formasından asılı olaraq şalvarın ülgü çertyojunda aparılan dəyişikliklər
Əgər şalvarın ülgü çertyoju nümunəvi ölçü göstəricisi əsasında qurularsa, fiqurda omba və sağrı nümunəvi ölçüyə uyğun gəlib, lakin qarın qabarıqlığı çox olarsa, onda şalvarın qabaq hissəsinin ülgü çertyojunda B2 nöqtəsini 1-2 sm sağa çəkmək və 2-3 sm yuxarıya qaldırmaq lazımdır (Şəkil 4.8,a).