Arxa və qabaq hissələrin qol yeri sahəsində eninə qırışlar əmələ gəldikdə, buna çiyinin ülgü çertyojuna nisbətən aşağı düşməsi səbəb olur. Qüsuru düzəltmək üçün çiyinin köklənməsini söküb, onun mailliyinə uyğun yenidən kökləmək və ya sancaqlamaq lazımdır. Lazım gələrsə, qol yeri də dərinləşdirilməlidir.
a
|
b
|
Arxa hissənin boyun yeri sahəsində qırış (büzüşmə) alınmışdır (Şəkil 4.2. a, b), çünki biçim vaxtı arxa
hissənin boyun yerinə verilən tikiş payı ölçüdən artıq (enli) götürülmüş və ya fiqurda çiyinin
hündürlüyü ülgü çertyojunda nəzərdə tutulan hündürlüyə nisbətən artıqdır.
Qüsuru aradan qaldırmaq üçün arxa hissədə boyun yerini dərinləşdirmək, yaxud çiyin kəsiklərinin ehtiyat
parçasından istifadə etmək lazımdır.
Kürək sahəsində eninə bükük alınmışdır (Şəkil 4.2. b). Buna səbəb arxa hissənin bel xəttinə qədər olan ölçüsünün səhv çıxarılması, yaxud yan kəsiyin düzgün köklənməməsi (yəni nəzarət çərtikləri düzgün bərabərləşdirilməmiş, arxa hissənin yan kəsiyindəki nəzarət çərtiyi qabaq hissədəki yan kəsiyin çərtiyindən yuxarıda qalmışdır) səbəb olmuşdur. Qüsuru düzəltmək üçün çiyin kəsiyindəki kökləmə sökülür, çiyin kəsiyinin payı artırılır, arxa hissənin boyun yeri dərinləşdirilir, nəzarət çərtiklərini bərabərləşdirməklə yan kəsiklər yenidən sancaqlanır.
Bel yerində xiştəyin dərinliyini həddən artıq götürdükdə kürək sahəsində geyim bədənə yatmır.
Qüsuru xiştəyin dərinliyini azaltmaqla və ya bir xiştək əvəzinə iki xiştək vurmaqla (ikinci xiştəyi birinci xiştəklə yan tikişin arasına salmaq lazımdır) aradan qaldırmaq olar.
Qabaq hissənin qol yerinə yaxın əziklik və qırış əmələ gəlmişdir, qol yeri bədənə yatmır (Şəkil 4.3. a).
Buna, döş xiştəyinin dayazlığı, qol yerinin dartılması və qabaq hissədə çiyin kəsiyi mailliyinin azlığı səbəb olmuşdur.
a
|
b
|
c
|