Geyimdə əsas parçadan hazırlanan alt yaxalıqda əriş sapının istiqaməti onun yaxaya birləşən xəttinə paralel keçir. Alt yaxalığın hazırlanmasında presdən istifadə edildikdə altyaxalığı bir neçə hissədən istifadə etməyə icazə verilmir. Bu halda yaxalığın ortasından bir tikiş salınmasına icazə verilir. Ona görə ki, alt yaxalıq formalaşdırıldıqda calaqlar hamarlanan yerlərdə tikiş sökülə bilər. Buda yaxalığın yatan tərəfinin hamar alınmasına təsir edə bilər. |
Şəkil 1.8 Altyaxalığı hamarlamaq üçün ülgü: a - boyun
yerinə baxyalanan yaxalıq üçün; b - boyun yerinə oval tikişlə birləşdirilən yaxalıq üçün |
Alt yaxalıq parça olmayan filssə bənzər polotnodan hazırlandıqda bütöv biçilir (Şəkil 1.7, c). Əriş sapı alt yaxalığın orta xəttinə nisbətən 450 bucaq altında keçir. Yaxalığın keyfiyyətli hazırlanmasını təmin etmək üçün alt yaxalığın hamarlanmasında köməkçi ülgüdən istifadə edilir. |
Şəkil 1.9 Yatan tərəfi ayrı biçilən və kəsik oturacaqlı alt yaxalığın ülgüsünün qurulması
|
Bu ülgü alt yaxalığın ülgüsü əsasında texnoloji işlənilmə payı nəzərə alınmadan hazırlanılır. Əgər alt yaxalıq boyun yerinə baxyalanmalı olarsa (Şəkil 1.8, a. ), yaxalıqda və yaxaya birləşdirilən xətdə 1 sm tikiş payı götürülərsə, alt yaxalıq boyun yerinə oval tikişlə birləşdirildiyi (Şəkil 1.8 b) halda bundan istifadə edilir.
Alt yaxalığın hamarlanmasında istifadə edilən ülgüdə alt yaxalığın orta xətti, geyimin çiyin tikiş xətti çərtikləri qeyd edilir. Bu ülgü vasitəsilə yaxalığın oval tikiş xətti və yaxalığın yatan tərəfinin orta xətti də qeyd edilir.
Süni və təbii dərilərdən hazırlanan geyimlərdə nəmlənib-isidilmə əməliyyatı aparılmadığından alt yaxalıq oturacağı kəsik hazırlanır.
Dəridən hazırlanan geyimlərdə altyaxalığın oturacağı və yatan tərəfini orta tikiş olmadan da hazırlamaq olar.
Dəridən, zamşadan hazırlanan geyimlər nəmlənib-isidilmə əməliyyatı ilə işlənilmədiyindən alt yaxalığa çərtiklər vurulmur.
• Şalvarın ilgək və düymə yerlərinin ülgüsü. İlgək (Şəkil 1.10, a, b) və düymə yeri (Şəkil 1.10, c) ülgüsü “Üst geyimlərinin qovşaqları üzrə sənaye texnologiyasının əsasları”nın tələbinə müvafiq qurulur. Şəkil 1.10. a-da ilgək yeri ilə düymələnən, Şəkil 1.b-də isə zəncirbəndlə bağlanan ülgülərin qurulması göstərilmişdir. • Astar hissələrinin ülgüsü. Astar hissələrinin ülgüsü üz hissələrin əsas ülgüsü əsasında qurulur. Astar ülgüsü qurulduqda parçanın fiziki-mexaniki xassələri nəzərə alınır və lazım olan həcmdə paylar verilir (geyimin hazırlanma |
Şəkil 1.10
a-b - ilgək və ç- düymə yeri ülgüsünün qurulması |