Birinci və ikinci ilgəyin yeri yaxası geri qatlanan birbortlu geyimdəki kimi yerləşdirilir. Əgər bluzka ətəyin üstündən geyilirsə, onun bel xəttində mütləq ilgək olmalıdır. Əgər modelə görə bel xəttində ilgək-düymə nəzərdə tutulmamışdırsa, onda qabaq hissənin sağ tərəfində bel xəttinə qarmaq, sol tərəfində isə ilgək tikmək lazımdır;
g) hazırlanmış sağ qol bədənə geydirilir, qolun dairəsinin və qol yerinin nəzarət nöqtələri elə birləşdirilir ki, qolun orta xəttinə salınmış sap şaquli vəziyyətdə dursun (Şəkil 4.5. b, c).
Qol yeri və qol dairəsinin nəzarət nöqtələri (çərtikləri) qarşı-qarşıya qoyulur (qol yerinin nəzarət nöqtəsi ya çiyin tikişinə, ya da çiyin tikişindən 1 sm qabağa düşür).
Qolun eni və uzunluğu dəqiqləşdirilir. Qol ağzının qatlanma payı içəri qatlanıb köklənir.
• İkinci uyğunlaşdırmada isə birinci uyğunlaşdırma zamanı aşkara çıxan qüsurları düzəltmək üçün geyimin sağ tərəfində qeyd edilmiş yeni xətlər rəngli sapla yenidən köklənir, tikişin addımı (uzunluğu) 0,5 sm götürülür (çiyin kəsiyində və s. ). Lazım gəldikdə isə əvvəlki kökləmə sökülür. Arxa və qabaq hissə ayrı-ayrılıqda tərs üzü içəri olmaqla qatlanır, uyğunlaşdırılma zamanı cüt hissələr, qol və başqa hissələr dəyişilməz qalıbsa, qatlanıb götürülür. Birinci uyğunlaşdırmada sağ tərəfdə aparılan dəyişiklik köçürmə tikişlə sol tərəfə köçürülür. Artıq parçalar kəsilir, arxa və qabaq hissələrin qol yeri hamarlanır.
Əgər məmulat bel xəttindən kəsilmişdirsə, onda kökləmə sökülür, sağ tərəfin çiyin kəsiyində, yan kəsiklərdə və qol yerindəki dəyişikliklər sol tərəfə köçürülür.
Əgər məmulat yaxalıqsız və qolsuzdursa, əsas parçadan (bəzək parçası nəzərdə tutulmamışdırsa) boyun yeri üçün 5-6 sm, qol yeri üçün 3,5-4 sm enində çəpinə köbə biçilir.
Məmulatın (donun, xalatın, bluzkanın) qabaq hissəsi düymələnəndirsə, bortaltı biçilir (qabaq hissə bortaltı ilə bütöv biçilməmişdirsə).
Bu əməliyyatdan sonra məmulat tam işlənilir, saplardan, tozdan təmizlənir və ütülənir. Geyim bədənə ikinci dəfə geydirilir, geyimin bədənə oturması, eləcə də qolun və yaxalığın durumu yenidən yoxlanır, sonra isə qol və yaxalıq tikişlə işlənir.
4.1.2. Tələbələr üçün fəaliyyətlər
|
4.1.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“I və II yoxlamanı yerinə yetirir”
|