3.6.3. Qiymətləndirmə
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:
“İsti araqatlı üst geyimlərinin texnoloji ardıcıllığını təsvir edir”
- Hansı üst geyimlərində istilik saxlayan araqatı materialından istifadə edilir?
- Üst geyimlərinin konstruksiyası nədən asılıdır?
- Üst geyimlərinin qolu hansı konstruksiyalarla hazırlanır?
- Üst geyimlərində hansı növ ciblərdən istifadə edilir?
- Üst geyimlərində hansı dekorativ elementlərdən istifadə edilir?
- İstilik saxlayan araqatı materialı üst geyimlərinin hansı hissələrinə tikilir?
- İstilik saxlayan araqatı materialının hansı növlərini tanıyırsınız?
- Kəsiklərində əyrilik çox olmayan hissələri bərkidici tikişlə işləmək üçün hansı yarımavtomat maşınından istifadə olunur?
- Üst geyimlərinin arxa hissəsində yamşaqdan (şlisadan)nə məqsədlə istifadə edilir?
|