Kişi və oğlan geyimlərində döş cib köbəsinin kənarı bəndlənir. Cib köbəsi kənarının içəri hissəsi ilə cib kənarının çərtikləri arasındakı yer astar tərəfə qatlanır. İç cibli qadın geyimlərində astarın bortaltına tikilməsi ilə eynivaxtda cib astarının bortaltı tərəfdəki kəsiyi də birləşdirilərək tikilir (Şəkil 3.64, a). Cib ağzının yanlan və cib astarının kənar tərəfi bəndlənir. Geyim üz tərəfə çevrilir və bortaltının içəri kəsiyi bortun araqatı materialına əldə düz tikişlə və ya bir saplı zəncirvari tikişli xüsusi maşında bortaltının astar birləşən tikişinin yan tərəfi ilə köklənir. Geyim tərsinə çevrilir və bortaltının içəri kəsiyi astarla ara materialına gizli basdırma tikişi ilə əldə, yaxud gizli tikişli xüsusi maşında tikilir və ya yapışqan plyonka ilə (yay və gündəlik geyimlərdə) yapışdırılır.
Yaxalığın tikişi astar ilə birlikdə alt yaxanın boyun yerinin tikişinə universal maşında, yaxud xüsusi maşında tikildikdə, eyni zamanda uclan da bəndlənir (Şəkil 3.64, c). Döş ciblərinin astarı bortun araqatı materialına gizli tikişli xüsusi maşında tikilir. Geyim üz tərəfə çevrilir, astar düzəldilir və yan çiyin tikişləri yoxlanılır, qol qol yeri tikişindən 25-30 sm məsafədə qol yerinə paralel düz tikişlə köklənir. Astarın qol yeri tikişi ilə geyimin qol yeri tikişi bir-birinə maşında (qol astarının qabaq tikişinin və ya dirsək tikişinin tikilməmiş qalan yerindən) tikilir. Onun tikişi qol tərəfə çevrilir. Kişi geyimlərində, eyni zamanda döş cibin kənarı qol yerinə tikilir. Qolastarının ağzı qolun ağzının qatlanma payına (qol astarının dirsək kəsiyində, ya da qabaq kəsikdə tikilməmiş yerindəki açıqlıqdan) 10 mm enində calanır. Üst qolun ağzının qatlanma payı qolun ağzının ara materialına yapışqan plyonka ilə bərkidilir. Bərkidilmə aparılmadıqda isə qol astarı qola birləşdirildikdən sonra onun ağzının qatlanma payının kəsiyi, qolun ara materialına bəndlənir. Qol manjetli olduqda, manjetin qatlanma payının kəsikləri astar ilə birlikdə qolun ağzının ara materialına, qatlanmayan manjetli qollarda isə qolun özünə gizli tikişli xüsusi maşında bəndlənir. İstilik saxlayan ara materialı olan geyimlərdə qolun ağzının qatlanma payına istilik saxlayan ara materialı tikilir.
Astarın dirsək tikişi üz hissənin dirsək tikişinə, ya da istilik saxlayan ara materialına universal maşında tikiş kəsiyindən 4-5 mm aralı tikilir. Qolun astardakı tikilməyən yerləri astarın üz tərəfindən kəsikləri 10 mm enində içəriyə qatlanır, qatlanmış kənarı boyu 1 mm enində tikilir. Qol üz tərəfə çevrilərək düzəldilir.
Astarın yan tikişləri geyimin yan tikişlərinə və ya istilik saxlayan aramaterialına (qış geyimlərində) arxa, yaxud qabaq hissədən universal maşınla və ya gizli tikişli xüsusi maşınla qol yerindən 80-100 mm məsafədən başlayaraq, bel xəttindən 150-200 mm aşağıya qədər tikilir. Astarda 7-10 mm boşluq saxlanılır, tikiş yan kəsiklərdən 4-5 mm məsafədə salınır. Gen biçimli və klyoş formalı geyimlərdə astarın yan tikişləri geyimin yan tikişlərinə yalnız onların yuxarı hissəsindən bel xəttinə qədər tikilir. Ətək saxlayanı olan geyimlərdə yan tikişlər tikildikdə ətək saxlayanın sonu yan tikişə iki dəfə irəli-geri tikişlə bərkidilir.
İstilik saxlayan ara materialı olan geyimlərdə astar istilik saxlayan ara materialının ətəyinə 100-120 mm məsafədə, əl ilə düz tikişlə köklənir. Astar istilik saxlayan ara materialının ətək kəsiklərinə paralel olmaqla, 50- 60 mm qatlanma payı saxlanılaraq artıq hissəsi kəsilir. İstilik saxlayan ara materialı kənarının üzərinə astarın qatlanma payı qatlanır və qatlanma payı kəsiyi özü əl ilə 10 mm enində içəri qatlanaraq köklənir.