Şəkil 1.5 Pencək və jiletin bortaltının ülgüsünün qurulması |
Şəkil 1.6 Şalvarın əsas ülgüsünün qurulması |
• Kişi kostyumunun istehsal ülgüsünün hazırlanması. İstehsal ülgüsü əsas ülgü əsasında qurulur. İstehsal ülgüsünün hissələrinə daxildir: əsas materialdan biçilən pencəyin və jiletin bortaltı, alt yaxalıq, ilgək və düymə yeri.
Astarlıq parçadan – arxa və qabaq hissələrin qolların altı və üst hissələrinin astarı üçün ülgü, jiletastarı, şalvarın qabaq yarımhissəsi üçün astar ülgüsü, ilgək, düymə yeri və ley üçün ülgü;
Araqatı materialından – qabaq hissənin bortuna əlavə araqatı və çiyinlik qatı üçün ülgü;
Əlavə yapışqanlı araqatını yapışdırmaq üçün pencəyin qabaq hissəsinə, jiletə, yamşağa, arxa hissənin və yançağın ətək sahəsinə, qol yerinə, qolun ağzına, alt yaxalığa və bortaltına yapışdırmaq üçün lazım olan hissəciklərin ülgüləri.
Bortaltı ülgüsü – qabaq hissənin əsas ülgüsü əsasında qurulur (Şəkil 1.5). Əgər boyun yeri və yaxa xəttində kəsilmə payı (dəqiqləşdirmək üçün) nəzərdə tutulmuş olarsa, onda bu nəzərə alınır.
Bortaltı yaxasının və jiletin ətək köbəsinin ülgüsünün qurulması Şəkil 1.5-də göstərilmişdir.
Alt yaxalığın ülgüsü – alt yaxalığın konstruksiya çertyojunun sürəti çıxarılır və texnoloji işlənilmə üçün əlavə pay verilir (Şəkil 1.7). Bu əlavə payın həcmi yaxalığın işlənilmə və boyun yerinə birləşdirilmə üsulundan asılıdır. Alt yaxalıq boyun yerinə oval tikişlə (Şəkil 1.7, b) və ya baxyalanmaqla da (Şəkil 1.7, a) birləşdirilə bilər. |
Şəkil 1.7 Alt yaxalıq: a. boyun yerinə baxyalanan yaxalıq;
b. boyun yerinə oval tikişlə birləşirilən yaxalıq: c. filssə bənzər parça olmayan polotnodan olan yaxalıq |
Birinci və ikinci halda, əsasən alt yaxalıq əsas parçadan və ya filss polotnosuna bənzər (art. 926501) parça olmayan materialdan hazırlanır.