Qatlanma payı çərtiyə müvafiq qatlanır və qolun ağzının möhkəm olması üçün qatlanma payının kəsiyi ara materialına bəndlənir. Bu iş gizli tikişli maşında və ya əldə yerinə yetirilir (Şəkil 3.60, a, b). Qolun qatlanma payını ara materialına plyonka ilə də yapışdırmaq olar. Qolun astarı dirsək tikişinə universal maşında və ya ilməkləyici xüsusi maşında (bəzək baxyası ilə işlənilən qolda isə gizli tikişli xüsusi maşında) bəndlənir. Onda bəndlənmə dirsək ətrafı (qolun ağzından 90 mm yuxarı, yuxarı kəsiyindən 120-150 mm aşağı) sahədə aparılır. Qol üz tərəfə çevrilir, düzəldilir və onun astan qolun yuxarı kəsiyindən 80-100 mm məsafədə aşağıdan əl ilə köklənir. Astarın yuxarı kəsiyi tərəfdəki artıq yerləri kəsilir, qolun yuxan kəsiyindən 10 mm qısa, qoltuq sahəsində isə 20 mm uzun saxlanılır. Çiyin altlığının qalınlığı 10 mm-dən qalın olan geyimlərdə astarın artıq yerlərini kəsdikdə qolun çiyin bərabərində astar qoldan 5 mm qısa, qoltuqaltı sahədə isə 20 mm uzun olmalıdır. Qolun ağzı düzəldilir və Cs-351 P 2 M+22- 215+396 B markalı xüsusi yastıqların köməyi ilə presdə ütülənir.
• Qolun qolyerinə birləşdirilməsi
Qolun oval tikişlə qol yerinə birləşdirilməsi əməliyyatı məsuliyyətli əməliyyat hesab olunur. Geyimin keyfiyyəti və xarici görünüşünün səliqəli olması onun düzgün işlənilməsindən asılıdır.
Qolu qol yerinə birləşdirməzdən əvvəl qol yerinin kəsiyi və qolun qol yerinə birləşən kəsiyi nəzərdən keçirilib dəqiqləşdirilir və müvafiq düzəlişlər aparılır. Qol yerinə əldə, düz kökləmə tikişi ilə 9 mm enində qol tərəfdən köklənir. Onda tikişin addımı 5-10 mm olur. Qolun çiyin kəsiyi sahəsində yığmasını çərtiklər arasında bərabər paylamaqla qabaqcadan da yığmaq olar. Yığmanın ölçüsü geyimin konstruksiyasından və parçanın növündən asılı olub, təxminən aşağıdakı qədər nəzərdə tutulur: qabaq hissədəki qol yerinin yuxarısında (çiyin tikişindən başlayaraq aşağıdakı çərtiyə qədər) 10-15 mm, bəzən 20 mm-ə qədər; qabaq və arxa hissədəki qol yerinin aşağısında isə (qolun dirsək tikişindən başlayıb qabaq hissənin yan kəsiyinə qədər) 7-15 mm. Qol yerinin digər sahələrinin və qolun yığılması lazımı qaydaya salınmaqla köklənir. Sonra qoldakı yığmalar xüsusi presdə ütülənir, qırışıqlar yox olur. Qolu qol yerinə oval tikişlə birləşdirdikdə qabaq hissə tərəfə 80-100 mm uzunluğunda ensiz parça qoyulur və həmin yerin tikişi açılır. Ensiz parça elə qoyulur ki, tikiş uzununa istiqamətdə onun ortasından keçsin. Qol birləşdirildikdən sonra ondakı yığmalar yenidən ütülənərkən parça qırığı qabaq hissəyə tərəf qaytarılır və çiyin tikişindən başlayaraq 80-100 mm uzunluğunda açılır.
Qol birləşdirildiyi zaman bortun araqatı materialı ilə birlikdə də tikilə bilər. Belə olduqda qabaq hissənin bortun araqatı materialı kökləmə tikişi qolun qolyerinə paralel olmaqla, onun kəsiyindən 15-20 mm aralı salınır. Ara materialının kəsiyi qabaq hissənin kəsiyinə bərabərləşdirilir və artığı kəsilib atılır. Qol bortun araqatı materialı ilə birlikdə tikildikdə qol ətrafının tikişini açıb ütüləmək üçün əlavə parça qoyulmur. Bortun araqatı materialı (çiyin tikişindən başlayıb 80-100 mm uzunluğunda) qolu qolyeri tikişinə bərabərləşdirilib çərtilir və araqatı materialı qolyeri kəsiyinin üstünə yatırdılır. Sonra qabaq hissədəki qolun qol yeri tikişi çiyin tikişindən başlayaraq açılıb ütülənir. Qol qolyerinə köklənmədən xüsusi yığma mexanizmi olan 302 sinifli (PMZ) və ya Dyurkopp (Almaniya) firmasının 541 sinifli alt və üst parça aparan tamasası və hərəkət zonasında ayırıcı lövhəsi olan maşında oval tikişlə işlənir. Qol öz yerinə qol tərəfdən, bortun araqatı materialı ilə birlikdə 10 mm enində tikilir. Çiyin tikişindən başlayaraq qabaq hissə tərəfə tikişin altına ensiz parça (əsas parçadan) qoyulur. Tikiş sağ qolda dirsək tikişindən aşağı, sol qolda isə yuxan aparılır və sonu irəli-geri tikişlə bərkidilir. Sonra yığmalar xüsusi preslə ütülənib yatırdılır.
Qolu qol yerinə oval tikişlə birləşdirdikdə onun qabaq tikişindən təqribən 30 mm irəlidən başlamaq gərəkdir. Bu zaman elə etmək lazımdır ki, qolun qabaq tikişi qabaq hissənin yançaq tikişinə uyğun gəlsin. Qolu qol yerinə oval tikişlə birləşdirmə əməliyyatına sağ qoldan başlamaq məsləhətdir. Qol qol yerinə qol tərəfdən kəsiklər və çərtiklər bərabərləşdirilməklə, həm də yığmalar bərabər paylanmaqla işlənilir. Qolu qol yerinə oval tikişlə birləşdirdikdə qabaq və arxa hissə sahəsində tikişin altına ensiz ara materialı qoyulur.
Kişi pencəyində ensiz ara materialı sağ qolda qabaq hissədən başlayaraq bir addıma (bir başa) calanır. Sol qolda isə iki addımla tikilir. Birincidə çiyin kəsiyindən başlayaraq qabaq hissə tərəfə, ikincidə isə arxa hissədən başlayaraq çiyin kəsiyi səviyyəsində saxlanılır. Çiyinlik qatı qolun çiyin sahəsindəki tikiş payına çiyinlik qatının ortasını çiyin kəsiyinə bərabərləşdirdikdən sonra calanır.