• Qol ağzının işlənilməsi
Qabaq tikiş işlənilib qurtardıqdan sonra köməkçi ülgü vasitəsilə qolun üz tərəfindən qolun ağzının qatlanma payı, qolun içəri tərəfindən isə yamşağın (nəzərdə tutulmuşdursa) tikilmə xətti köməkçi ülgü ilə müəyyən edilir.
Qol ağzının möhkəmliyi üçün içəri tərəfindən yapışqanlı və ya yapışqansız pambıq parçadan (kolenkor, bez), yaxud toxunmamış parçadan (flizelin, proklamelin) əlavə qat qoyulur. Qol ağzına kolenkor ara materialı köklənir, onun aşağı hissədəki kəsiyi qolun qatlanma xəttinə düzəldilib qoyulur. Ara materialının yuxarı kəsiyi (10 mm məsafədə) gizli tikişli xüsusi maşında içəri tərəfdən qolun ağzına basdırıla, yaxud əl ilə kəsiyin kənarıboyu xaçvari tikişlə və ya yapışqanlı araqatı materialına bənd edilə bilər.
Ara materialı yapışqanla yapışdırıldıqda onun yuxarı kəsiyindən 2-5 mm aşağı yapışqan plyonka qoyulur. Qolun içəri tərəfi ütü və yaxud Cs-351 P 2+22-219 markalı presdə yapışdırılır.
Qolun ağzı aparatda yığıldıqda qol ara materialının hər iki qırağına xüsusi maşınla yapışqan plyonka və ya universal maşında yapışqan sap tikilir. Plyonkanın biri ara materialının yuxan kənarının alt tərəfinə yuxarı kəsikdən 2 mm aralı, ikinci plyonka isə ara materialının aşağı qırağı boyu üst tərəfinə aşağıdakı kəsikdən 15-20 mm məsafədə qoyulur. Ara materialının aşağı tərəfindəki yapışqan plyonka yan kəsiklərə 30-40 mm qalana qədər qoyulur (Şəkil 3.58, d). Qolun qabaq kəsikləri işlənildikdən sonra qolun tərs üzüyuxarı tərəfə olmaqla aparata qoyulur. Qol ağzının üstünə ara materialı elə qoyulur ki, onun yuxan kəsiyi boyu qoyulmuş plyonka iç tərəfə yönəlmiş olsun. Aparatda qol preslənir, ara materialının yuxarı hissəsi qola, qol ağzının qatlanma payı isə qatlanıb (Şəkil 3.58, c) ara materialına yapışır. Yamşaqlı qolda isə onunla birlikdə qol yamşağının qatlanma payı da qatlanıb ütülənir (Şəkil 3.58, ç). Nəticədə qolun ağzında açıq yamşaq alınır.
• Qolda dirsək kəsiyinin və yaşmağın işlənilməsi
Qolun ağzında yamşaq əsasən qolun dirsək kəsiyində yerləşdirilir. Bunun üçün qolun üst və alt hissəsində yamşaq payı qoyulur. Dirsək kəsikləri 10 mm enində çərtiklər və kəsiklər bərabərləşdirilməklə bərkidici tikişlə üst hissə tərəfdən birləşdirilir. Tikiş qolun çiyin kəsiyi sahəsindən başlayaraq, yamşağın hissəsinə qədər davam etdirilir. Bu halda qolun üst hissəsinin dirsək yerində 80-100 mm məsafədə konstruksiyaya müvafiq yığma aparılır. Dirsək tikişi ütü və ya PLPU-1- 01+PLŞ-Q+UP-l markalı preslə açılıb ütülənir. Qol ağzının qatlanma payı qatlanıb ütülənir. Sonra yamşağın qalan hissəsi tikilir. Qolun üstündən baxyalanma nəzərdə tutulduqda isə dirsək kəsiyinin üst hissəsi tərəfdən 5 mm enində tikişlə, alt hissədə isə üst hissəyə nisbətən bəzək tikişi enindən əlavə tikiş payı saxlanaraq bərkidici tikişlə işlənir. Tikiş əvvəlcə açılaraq ütülənir və sonra üst hissə tərəfdən baxyalanır.