Geyimin konstruksiya çertyoju əsasında əsas ülgü və ondan da orijinal ülgü hazırlanır. Onlarda tikiş və qatlanma, eləcə də kəsiklərin hamarlanması üçün pay nəzərdə tutulur. Ülgülərin texniki çoxaldılmasından sonra istehsalat üçün bütün ölçü və boy üzrə əsas və köməkçi ülgülər hazırlanır.
• Kişi kostyumunun əsas ülgülərinin hazırlanması. Əsas ülgülərə əsas parçadan olan hissələr daxildir: qabaq və arxa hissələr, qolun üst və alt hissələri, şalvarın qabaq və arxa yarım hissələri.
İstehsalatda mövcud olan avtomat avadanlıqlardan tam istifadə zamanı kişi kostyumu hissələrinin konstruksiya xətlərinin unifikasiyası arxa hissənin orta, qabaq və yan kəsiklərində, qabaq hissənin döş qarsağında, qolun qabaq və dirsək kəsiyində, şalvarın addım və yan kəsiyində nəzərə alınmalıdır.
Tikişin və qatlanma payının en ölçüləri kişi kostyumunun əsas ülgü hissələrində (Şəkil 1.3) sm-lə göstərilmişdir.