Kilsə tikişi - hər tikiş addımına bir muncuq düşür, tikişin istiqaməti diaqonal olub sap parçanın tərs üzünə keçirilir. Tərs üzdə şaquli istiqamətdə tikiş addımı tikilir, sap üz tərəfə çıxarılır və yenidən bir muncuqla bərabər diaqonal tikiş tikilir (Şəkil 3.15). ► Parça və dəri bəzək elementləri Dəri elementləri ilə geyimi bəzəmək çox sadə, həm də maraqlıdır. Bəzək işini tam qurtarmayınca sonda nə alınacağını bilmək olmur. Dəri dekor-bəzək kimi işləndikdə müxtəlif qalınlıqlı və rəngli dərilərdən istifadə etmək lazımdır (Şəkil 3.16). Sonra nəyə nail olmaq istədiyimiz haqda fikirləşmək lazımdır. Məsələn: dəridən pilələr hazırlamaq - sirkul vasitəsilə lazımi ölçüdə dairələr çəkilib kəsilir. Sonra uyğun rəngli sapla geyimin üzərinə tikilir. |
Şəkil 3.15. Kilsə muncuq tikişi
|