Stebel tikişi - bu üsulla tikiş möhkəm alınır. İki muncuq iynəyə keçirilir və parçanın tərs üzündən çıxarılır. İynənin ucunu parçanın düz üzündən çıxardaraq I və II muncuqların arasından keçirilir (Şəkil 3.12).
Aroç tikiş (iynə geriyə) - iynəyə 2-4 muncuq keçirtməklə iynədalı tikişi ilə tikilir (şəkil 3.13.).
Bəndləyici tikiş - muncuqlar sapa düzülür, sonra başqa iynə ilə muncuqların arasında xırda tikişlərlə icra olunur (Şəkil 3.14).