|
TƏLİM NƏTİCƏSİ 1Müxtəlif növ qadın köynəklərinin texnoloji hazırlanma ardıcıllığını bilir və onları tikməyi bacarır. |
1.1. Qadın köynəklərinin müxtəlif modellərini sadalayır.
► Qadın köynəklərinin modelləri
Müasir dövrümüzdə köynək qadınların qarderobunun vacib elementi hesab edilir.
Qadın köynəkləri təyinatına görə müxtəlif fasonlarda hazırlanır. İdman üslubunda hazırlanan köynəklər bədənə sərbəst formada, məişət, gündəlik köynəklər isə bədənə nisbətən kip hazırlanır. Klassik üslubda hazırlanan köynəklər bütövlükdə müxtəlif köynək çeşidlərinin əsası hesab edilir. Qolların formasına görə köynəklər bitişdirmə qollarla, reqlan, bütöv biçilmiş, qolların ağzı manjetlə, manjetsiz, volanla və s. hazırlanır. Köynəklər yaxalıqlı və yaxalıqsız da ola bilər. Gəlin bir neçə köynək modelinə nəzər yetirək.
Şəkil 1.1. Bant yaxalıqlı XIX əsr model köynək
Köynəyin yaxalığında tikilmiş bant XIX əsrin modelini xatırladır. |
Şəkil 1.2. Ön hissəsi bir tərəf digər tərəfin
üzərinə keçmiş kəmərli köynək
Köynəyin ön hissəsində bir tərəf digər tərəfin üzərinə keçib kəmərlə bağlanır. |