Muncuqla işə başlayarkən işi tələsərək görmək olmaz. Həmçinin qeyd olunmuş kontur xətlərin üzəri ilə işləmək lazımdır.
Bir muncuqlu tikiş-bir tikiş addımı ilə muncuq əsasa tikilir, yaxud xırda muncuqdan istifadə edərək dayaq forması verilir.
İynə irəliyə tikişlə - muncuqlar növbə ilə iynəyə keçirilib parçaya tikilir (Şəkil 3.10).
İynədalı tikiş - iynə parça üzərində qabağa və geriyə batırılaraq tikilir (Şəkil 3.11). Bu zaman muncuqlar nizamlı sıra ilə düzülür.