Müxtəlif rəngli sapları hörük şəklində hörmək lazım deyil. Bu halda bir rəngli sapın başqa rəngli sapla uyğunlaşması başqa çalar verir ki, bu da tikmə zamanı onların seçilməsini çətinləşdirir.
Tikməyə başlamazdan əvvəl parça əriş və arğac sapları üzrə düzəldilir, onun üzərində naxışın necə yerləşməsi qeyd olunur, sonra naxışı köçürürlər. Bundan sonra parça gərgaha (kərkəf və ya sağanağa) geydirilir və düzəldilib gərilir. Parçanın kənarını düzəltmək üçün kənardan bir sap dartılıb çıxarılır və onun izi ilə parçanın artığı kəsilir. Məmulatın enini və uzununu da bu qayda ilə qeyd etmək olur.