Çiyin geyimlərinin hazırlanması
Calaqların əl üsulu ilə təmiri çox zəhmət tələb edir. Bu üsuldan çox bahalı materiallardan tikilmiş
geyimləri təmir edərkən istifadə edirlər. Əl üsulu ilə calaq köhnəlmiş yerə ya közənir, ya da hörmə
üsulu ilə tikilir. Zədələnmiş, cırılmış geyimləri təmir edərkən maşın, əl üsulu ilə yanaşı, yapışqan
üsulundan da geniş istifadə edilir. 0 biri üsullarla müqayisədə yapışqan üsulu düzgün yerinə
yetirildikdə daha möhkəm birləşir, üz tərəfdən demək olar ki bilinmir. Bu üsulu qalın mahud, həm də
yüngül yun və ipək parçalarda tətbiq etmək olar. Yapışdırılmış parçanın tikişini örtmək üçün
parçanın tərs tərəfindən pambıq parça yapışdırılır, yaxud əl ilə tikilir.