Çiyin geyimlərinin hazırlanması
tikirlər. Geyimləri təmir edərkən və yeniləyərkən cürbəcür bəzək elementlərindən istifadə
olunur: bəzək materialları, naxış, applikasiya, köbə, tesma, metal furnitura və s. Əksər
hallarda geyimləri yeniləyərkən bəzək materiallarından istifadə edirlər. Köhnəlmiş, dağılmış
qolun aşağısı, bortun kənarı, ciblər və s. əlavə parçadan biçilir və tikilir. Dağılmış yerləri
və hissələri dəyişdirmək və gizlətmək üçün bəzək materiallarından istifadə etməklə geyimə yeni
forma və mütənasiblik vermək olur. Müxtəlif rəngli parçaları bir-birinə uyğunlaşdırmaqla yeni
məmulatlar alınır. Yeni materiallardan hazırlanmış manjetlər, qollar, yaxalıq, planka, koketka,
kəmərcik və s. hissələr nəinki geyimin köhnəlmiş hissəsinin üzərini örtür, həm də geyimin
ölçüsünü dəyişdirməyə və ona müasir görünüş verməyə də imkan verir. Geyimləri yeniləyərkən
müxtəlif naxışlardan istifadə edirlər. Hissələri yenidən biçərkən tikişlərə aşağıda göstərilən
ölçüdə minimal tikiş payı verilir: çiyin, yan, qol tikişi - 0,7 sm; qolun qabaq tikişi, yaxalıq
- 0,5 sm. Geyimlərin təmiri zamanı məmulatın və qolun aşağısını köbə ilə hazırlamağa icazə
verilir. Geyimin aşağısı üçün köbənin optimal eni 5-6 sm, qolun aşağısı üçün isə 4-5 sm
götürülür. Minimal olaraq geyimin aşağısı 3,5-4,5 sm, qol isə 3,5 sm olmalıdır. Calaqlar,
klinlər və açıq sahələri örtmək üçün yamaqlar, əsasən, əsas materialdan biçilir. Sifarişçinin
razılığı ilə bu hissələr əsas materialın rənginə və quruluşuna uyğun olan başqa parçadan da
biçilə bilər. Məmulatın örtülü sahələri isə (məsələn, bortaltı, geyimin aşağısının köbəsi,
yaxalıqaltı və s.) əsas parçanın rənginə uyğun parçalardan biçilə bilər. Ayrı-ayrı hissələri
biçərkən aşağıdakılara icazə verilir: alt yaxalıq 6 hissədən parçanın eninə və çəpinə
istiqamətdə biçilə bilər. Üst yaxalıq və qolun alt hissəsi 2 hissədən, geyimin aşağısının köbəsi 4
hissədən biçilə bilər. Geyimləri təmir edərkən əsas işlərdən biri də təmir ediləcək hissənin
sökülməsi, təmizlənib ütülənməsidir. Tikişləri səliqə ilə hissələri tikişin eninə dartmaqla
sapları qayçı və ya ülgüc ilə kəsirlər. Kəsərkən ülgücün parçanı zədələməməsinə diqqət yetirmək
lazımdır. Bəzi hallarda parça müvafiq möhkəmliyə malik olduqda və maşın tikişlərinin möhkəmliyi
azaldıqca hissələri tikişin eninə dartaraq sökmək olar. Ancaq materialın lap köhnəlmiş yerlərini
iynənin köməyi ilə alt və üst sapı çəkməklə sökürlər. Bütün hissələri söküldükdən sonra tikiş və
qat xətlərini mexaniki şotkanın köməyi ilə tozdan təmizləyirlər. Təmizlənmiş hissələr
isti-nəmləşdirmə əməliyyatından keçirilir. Bütün tikişlər açılıb ütülənir. Bu əməliyyat üçün
istiliyi tənzimlənən ütülərdən istifadə edirlər.
►
Geyimlərin təmir üsulları
Geyimlərin zədələnmiş sahələrini təmir edərkən bədii közəmədən, çitəmədən, hörmə və calaq
üsullarından istifadə edirlər. Material tam köhnəldikdə calaqla təmir tətbiq olunur. Calaqlar 3 üsul
vasitəsilə birləşdirilir: 1) maşın; 2) əl; 3) yapışqan. Pambıq, yun, ipək parçalardan hazırlanan
geyimlərin təmirində maşın üsulundan istifadə olunur. Bahalı yun parçalarda tikişlərin üzərini örtmək
üçün görünən yerləri üz tərəfdən əl tikişi ilə tikirlər.