Çiyin geyimlərinin hazırlanması
"Çiyin geyimlərinin hazırlanması" modulunun spesifikasiyası
Modulun adı: Çiyin geyimlərinin hazırlanması
Modulun ümumi məqsədi: Modulu tamamladıqdan sonra tələbə müştərinin sifarişinə uyğun olaraq
müxtəlif
növ çiyin geyimlərini texnoloji ardıcıllıqla hazırlamağı bacaracaqdır.
Təlim nəticəsi 1: Müxtəlif növ qadın köynəklərinin texnoloji
hazırlanma ardıcıllığını
bilir və
onları tikməyi bacarır.
Qiymətləndirmə meyarları.
1.
Qadın köynəklərinin müxtəlif modellərini sadalayır.
2.
Modelə uyğun materialı müəyyən edir.
3.
Lazım olan alət və avadanlıqları seçir.
4.
Müxtəlif növ tikişləri icra edir.
5.
Köynəyi texnoloji ardıcıllıqla hazırlayır.
Təlim nəticəsi 2: Qadın don modellərinin çeşidlərini bilir və
onları hazırlamağı bacarır.
Qiymətləndirmə meyarları.
1.
Qadın paltarlarının müxtəlif çeşidləri haqqında məlumat verir.
2.
Beldən kəsik paltarı hazırlayır.
3.
Qolu reqlan biçimli paltarın hazırlanma xüsusiyyətini göstərir.
4.
Qolu bütöv biçimli donu tikir.
5.
Geyimin I və II yoxlamasını müəyyən edir.
Təlim nəticəsi 3: Geyimdə son tamamlama işlərini bilir və
onları yerinə yetirməyi bacarır.
Qiymətləndirmə meyarları.
1.
İsti-nəmləşdirmə əməliyyatının (İNƏ) növlərini və təyinatını sadalayır.
2.
Təyinatına uyğun olaraq İNƏ avadanlıqlarını iş prosesində tətbiq edir.
3.
Köhnəlmənin formalarını müəyyən etməklə geyimləri təmir edir.
4.
Geyimdə müxtəlif növ bəzək elementlərindən istifadə edir.
5.
Fərdi tikiş istehsalında iş yerini təşkil edir.