3.3. Köhnəlmənin formalarını müəyyən etməklə geyimləri təmir edir.
► Köhnəlmənin formaları
Məişət xidməti müəssisələrinə aşağıdakı təmir işlərini görürlər: 1. Köhnəlmiş məmulatın təmiri; 2. Məmulatın ütülənməsi; 3. Məmulatın bəzi hissələrinin yenidən biçilməklə təzələnməsi; 4. Məmulatın yenidən tam biçilməsi ilə təzələnməsi; 5. Məmulatın çevrilməsi. Təmir üçün tam köhnəlmiş məmulatlar gətirilir. Bu məmulatların köhnəlməsi cürbəcür səbəblərdən asılıdır. Bu səbəblərə aşağıdakıları göstərmək olar: materialın fiziki-mexaniki xassəsindən, əmək fəaliyyətinin xüsusiyyətindən və sifarişçinin fərdi keyfiyyətindən. Məmulatın ayrı-ayrı hissələrinin köhnəlmə dərəcəsi müxtəlifdir. İstifadə zamanı ən çox sürtünən hissələr daha çox köhnəlməyə məruz qalır. Belə ki, üst geyimlərdə ən çox zədələnən hissələr aşağıdakılardır: qolların aşağısı, bortun kənarı, ilgəklər, cibin köbələri, üst yaxalıq, məmulatın aşağısı, qolun dirsək hissəsi, düymə tikilən yer və s. Şalvarda: aşağı hissə, oturacaq yeri, diz sahəsi, ciblərin ağız hissəsi, bağlamalar. Astarda: qolun astarı, cibin astarı, astarın aşağısı, şalvarın astarının diz sahəsi, cib kisəsi.
► Geyimdə təmirin növləri
Geyimlərin təmirinin növləri əmək həcminə görə 3 qrupa bölünür: 1) kiçik təmir; 2) orta təmir; 3) böyük təmir.
Bu təmir qrupuna aşağıdakılar aiddir: məmulatın formasının, eninin dəyişdirilməsi, qolun bütün və qismən sökülüb çıxarılması, yaxalığın dəyişdirilməsi, məmulatda qolun vəziyyətinin dəyişdirilməsi, iki bortlu geyimin bir bortlu düzəldilməsi və sair.