Çiyin geyimlərinin hazırlanması
-
Məmulat və hissələrin isti-nəmləşdirmə ilə işlənilməsi əməliyyatı həmin parça üçün müəyyən
olunmuş rejimlərdə aparılmalıdır. Həmin rejimlərə əməl edilməməsi zay məhsulun alınmasına səbəb
olur: parıltı, yanıq yerlər əmələ gəlir, istilikdən yığışma, xovun çözələnməsi, ləkələr,
parçanın rənginin dəyişməsi kimi hallar baş verir.
İsti-nəmləşdirmə ilə işlənilmənin keyfiyyəti bu işdə tətbiq edilən avadanlığın keyfiyyətindən xeyli
dərəcədə asılıdır.