Məşhur modelyer Vyaçeslav Zaytsev deyir: "Modaya heç kim laqeyd qala bilmir. 0, bizim düşüncəmizi hərəkətə gətirir, düşünməyə, fantaziyalarımızı genişləndirməyə sövq edir. Moda çoxüzlü, tez-tez dəyişkəndir və daimi qalmır". Bu baxımdan müasir avadanlıqları, yeni texnologiyanı tətbiq etməyi bacaran yüksək ixtisaslı modelyer-dizaynerlərin hazırlanmasına böyük ehtiyac var.
“Çiyin geyimlərinin hazırlanması" modulunda siz müxtəlif çeşiddə və modeldə olan çiyin geyimlərinin texnoloji hazırlanma ardıcıllığı ilə tanış olacaqsınız. Bu zaman alətləri, avadanlıqları, tərtibatları iş prosesində tətbiq etməyi, isti-nəmləşdirmə əməliyyatlarından təyinatına uyğun olaraq istifadə etməyi bacaracaqsınız. Bundan başqa, tikişlərin növlərini biləcəksiniz. Geyimlərdə müxtəlif bəzək elementlərindən istifadə etməklə siz öz zövqünüzü və fantaziyanızı inkişaf etdirəcəksiniz.
Bu yolda Sizə uğurlar arzu edirik!