2.5. Geyimin I və II yoxlamasını müəyyən edir.
► Məmulatın bədənə uyğunlaşdırılmaqla işlənmə xüsusiyyətləri
Atelyelərdə geyimləri yoxlama ilə, fabriklərdə isə geyimləri yoxlamasız (paltarın əyinə ölçülməsi olmadan) hazırlayırlar. Məmulatın yoxlamasız (paltarın əyinə ölçmədən) hazırlanması əmək məhsuldarlığının yüksəlməsinə, maya dəyərinin yoxlamaya (paltarın əyinə ölçülməsinə) sərf olunan vaxtın ixtisara salınması ilə əlaqədar olaraq aşağı düşməsinə səbəb olur. Geyimləri yoxlama ilə (paltarın əyinə ölçülməsi ilə) hazırlayan zaman isə bütün ölçülər sifarişçidən götürülərək 2,5 sm artıq tikiş payı ilə geyimin hissələri biçilir. Tikiş paylarını aşağıdakı hissələrə və kəsiklərə verirlər. Kürəyin orta kəsiyinə və aşağısına, çiyin və yan kəsiklərə, qabaq hissənin aşağısına və s. Geyimləri bir və ya iki yoxlama ilə (paltarın əyinə ölçülməsi ilə) hazırlayırlar. Yoxlamanın sayı biçicinin ustalığından, sifarişçinin fiqurasından və parçanın xassəsindən asılıdır. Fərdi tikiş atelyelərində biçicinin rolu böyükdür. O, təcrübəli və səriştəli olmalı, geyimin konstruksiyasından və müasir modadan yaxşı baş çıxara bilməlidir. O, həm də geyimin işlənilmə texnologiyasına yaxşı yiyələnməlidir ki, tikiş prosesində qarşısına çıxan çətinlikləri vaxtında aradan qaldıra bilsin. Biçici sifarişçinin bədən quruluşunu, rəngini və yaşını nəzərə alaraq modanın seçilməsində ona köməklik göstərməlidir. Bundan başqa, o, geyimin ölçüsünü götürdükdən sonra işlədiləcək üz və astarlıq parçanın miqdarını bilməlidir. Biçim vaxtı əriş və arğac sapının yönəlişinə, parçanın naxışına və xovunun (tükünün) yönəlişinə müvafiq lazım olan pay (tikiş payı, qatlanma payı, boşluq, əlavə), eləcə də calaq və hissələrin miqdarı nəzərə alınmalıdır. Biçimdə drap, bobrik və başqa xovlu parçalarda xovun yönəlişi aşağıdan yuxarıya biçilməlidir. Parça dama-dama, zolaqlı, naxışlı olduqda bortda, yaxada, cibin qapağında, listikində, manjetdə və s. hissələrdə naxışları bir-birinə uyğunlaşdırmaq üçün pay nəzərə alınmalıdır.
Fərdi tikiş istehsalında geyim sifarişçinin bədəninə bir və ya iki dəfə (modelin mürəkkəbliyindən, təyinatından asılı olaraq) uyğunlaşdırılır. Bu halda hissələrin konstruksiyası, geyimin bədənə yaxşı oturması və sifarişçinin tələbi nəzərə alınır.
Məmulatın birinci yoxlamaya (paltarın əyinə ölçülməsinə) hazırlanması. Tikişçi biçicidən biçilmiş geyim hissələrini aldıqdan sonra onları yoxlayır və birinci yoxlamaya (paltarın əyinə ölçülməsinə) hazırlayır. Əvvəlcə bir tərəfə çəkilmiş xətləri bir hissədən digərinə köçürürlər. Bunun üçün cüt hissələri üz tərəfi içəri olmaqla üst-üstə qoyur, bütün biçilmiş hissələri isə ortadan orta xətt üzrə qatlayırlar. Sonra onları sancaqla bərkidirlər. Kontur xətlərin üzərindən köçürmə tikişlə gedirlər. Sonra bütün klinlər tikilir və ütülənir. Qarsaqları, bütün bəzək xətlərini, relyef tikişlərini, kəsikləri, qatlamaları kökləyirlər. Çiyin, yan tikişləri və sağ qolun kəsiklərini kökləmə tikişinin köməyi ilə birləşdirirlər. Əgər modeldə nəzərdə tutulubsa, qolun okat hissəsinə büzmə verirlər. Paltarın aşağısını tərs tərəfə qatlayıb