Çiyin geyimlərinin hazırlanması
sonra sol qolu kökləmək lazımdır. Sağ qolu ətəyin yaxa yerindən başlayaraq kürəyin yaxasına qədər
kökləyir, sol qolu isə kürəkdən başlayaraq kökləmək lazımdır. Qolun köklənməsinin düzgünlüyünü
sifarişçinin bədənində yoxlayırlar. Bu zaman boşluğun qolda bərabər yayılmasına nəzarət etmək
lazımdır. Əgər qol nöqsanlı hazırlanarsa, onda qolu söküb qüsurları düzəldir, qolu yenidən qol
dibinə kökləyirlər. Qol düzgün kökləndikdən sonra onu 0,7-1 sm enində maşın tikişi ilə tikirlər.
Əvvəlcə sol qolu ətək tərəfdən başlayaraq, sağ qolu isə kürəkdən, yaxa yerindən başlayaraq ətək və
kürək tərəfdən tikmək lazımdır. Tikişin əvvəlini və sonunu bənd edir və tikişi ütüləyirlər. Əgər
modeldə bəzək tikişi nəzərdə tutulubsa, onu ipək sapla yerinə yetirirlər. Bəzək tikişinin eni
modeldən asılı olaraq götürülür.