qolu üst tərəfi içəri olmaqla qatlayıb qarsağın kənarlarını
bərabərləşdirir və kökləyirlər. Tikişin sonunu kəsikdən 1-1,5 sm aşağıda heçə çıxarırlar.
Çox vaxt kürək tərəfdən qarsaq xətti ətək tərəfdəki qarsaq xəttindən 1-1,5 sm uzun olur.
Ona görə də kürək hissədə qarsaq xəttini azacıq yığırlar. Bu yığım kürək hissəyə qabarıq
forma vermək üçündür. Sonra qarsağı maşınla tikib kökləmə saplarını təmizləyir və
qarsağı ütüləyirlər. Qarsaq hazır olduqdan sonra qolun yan kəsiklərini işarə olunmuş xətt
üzrə kökləyir və üstdən maşın tikişi ilə tikirlər. Sonra tikişi iki tərəfə açıb ütüləyirlər.
Qolun aşağı hissəsi isə tikişli qollarda olduğu kimi hazırlanır. Reqlan qolun üst tikişi isə
aşağıdakı ardıcıllıqla hazırlanır: qolun hissələrini üst tərəfi içəri olmaqla üz-üzə qoyub
kəsiklərin kənarlarını bərabərləşdirir, kökləyir və maşınla tikirlər. Tikişi iki tərəfə açıb
ütüləyirlər. Əgər üstdən getmə tikiş nəzərdə tutulubsa, onda tikişi ətək tərəfə qatlayır,
ütüləyir, qolun üst tərəfindən isə üstdən getmə tikiş tikib həmin tikişi tərs tərəfdən
ütüləyirlər. Əgər qol üç hissədən ibarət olarsa, yəni qabaq, dirsək və alt hissələrdən, onda
əvvəlcə üst tikiş sonra isə qabaq və dirsək tikiş hazırlanır. Qolun aşağı hissəsi isə birtikişli
qollarda olduğu kimi hazırlanır.
Şəkil 2.17. Müxtəlif fasonlu reqlan paltarlar və onların biçim hissələri
Reqlan qolların qol dibinə birləşdirilməsi ən çətin və ən məsuliyyətli əməliyyatlardan
biridir. Bu əməliyyatın düzgün yerinə yetirilməsi paltarın bədənə düzgün
oturmasından çox asılıdır. Qolu qol dibinə birləşdirməzdən qabaq nəzarət (yoxlama)
nöqtələrin yerləşməsini həm qolda, həmdə qol dibində yoxlayıb onların uzunluğunu
dəqiqləşdirmək lazımdır. Bundan ötrü qolları üz-üzə qatlayıb kəsikləri yoxlayırlar. Sonra
sancaqlar vasitəsilə qolu ətək və kürəyə nəzarət xətlər üzrə birləşdirir və qoldan boşluq verməklə kökləyirlər. Əvvəlcə sağ,