Çiyin geyimlərinin hazırlanması
hissələri, məs: cib, cib qapağı, kəmərlər və s. ütülənir. Paltarı ütüləməmişdən qabaq parçanın hansı
temperaturda ütülənməyini yoxlamaq lazımdır. Bunun üçün parçanın balaca tikəsini ütüləyirlər.
Qatlamaların yaxşı forma alması üçün (yun və sintetik materiallardan hazırlanan geyimlərdə) onları
sirkəli məhlulda isladılmış nəm əski vasitəsi ilə ütüləmək əlverişlidir. Qatlamaları ütüləməmişdən
qabaq onları aşağı hissədən xaçvari tikişlə əsas hissəyə kökləyirlər. Qatlamaları həm tərs, həm də
düz tərəfdən ütüləmək lazımdır. Kəmərləri, geyimin aşağısını nəm əski ilə tərs tərəfdən ütüləyirlər.
İsti-nəmləşdirmə əməliyyatlarının düzgün yerinə yetirilməsi geyimə gözəl görünüş verir. Paltar tam
ütüləndikdən sonra düymələrin yerini ilgəklərə görə işarə edib tikirlər. Geyimə verilən bəzək onu
daha da gözəlləşdirir və yaraşıqlı edir. Bəzək geyimin fasonu, sifarişçinin bədən quruluşu və yaşı
ilə əlaqədar olmalıdır. Bəzəklər, yaxalıqlar, manjetlər, şərflər və s. ilə verilə bilər ki, bu cür
bəzəklər çıxarıla bilən bəzəklər adlanır. Daimi bəzəklər isə paltarın müəyyən hissələrində yerinə
yetirilir. Bunlara bütün bəzək tikişlərini, tesmaları, aborkaları, merişkaları, volanları, kantları
və s. göstərmək olar.