► Qolsuz qol dibinin hazırlanması
Qolsuz qol dibini hazırlamaq üçün çox vaxt köbələrdən istifadə olunur. Köbələr qolun formasında və ya parçanın çəpinə istiqamətdə biçilir. Köbəni qol dibinin kəsiyi ilə üz-üzə qoyub kənarlarını bərabərləşdirir, kökləyir və 0,5-0,7 sm enində maşın tikişi ilə tikirlər. Tikişi iki tərəfə açıb ütüləyirlər. Köbənin o biri kəsiyini isə 0,7-1 sm enində tərs tərəfə qatlayıb kökləyir və ütüləyirlər. Sonra 0,1-0,2 sm enində maşın tikişi ilə əsas hissəyə birləşdirirlər. Əgər parçanın kənarı söküləndirsə, onda əvvəlcədən köbənin bir tərəfini hörmələyir, sonra qol dibinin kəsiyi ilə üz-üzə qoyub kökləyir və köbə tərəfdən maşınla tikirlər. Köbəni qolun tərs tərəfinə çevirib qoldan kant əmələ gətirməklə kökləyirlər. Köbəni qola gizli tikişlə basdırırlar.
► Paltarın son tamamlama işləri
Paltarları sifarişçinin bədən quruluşundan və fasonundan asılı olaraq, bir və iki yoxlama (paltarın əyinə ölçülməsi) ilə tikirlər. Axırıncı yoxlamadan sonra məmulat tamamlama və bəzək işlərindən keçirilir. Kökləmə sapları, tabaşir xətləri təmizlənir. Əgər məmulat bağlama ilə hazırlanarsa, onda bortda, manjetdə və s. hissələrdə ilgək yerlərini işarə edib, sonra kəsib kənarlarını hörmələyirlər. Hörmələdikdən sonra hazır məmulatı ütüləyirlər. Paltarın əvvəlcə qabaq və arxasını, sonra qollarını ütüləmək lazımdır. Ümumiyyətlə, paltarı axırıncı dəfə ütüləyərkən əvvəlcə iri hissələr sonra isə kiçik