► Qadın paltarında boyun yerinin yaxalıqsız işlənilməsi
Yaxalıqsız donlarda boyun yeri işlənildikdə köbənin içəri kəsikləri xüsusi maşında ilməklənir və ya 0,5-0,7 sm enində qatlayıb universal maşında tikilir. Hazırlanmış köbə (üzü geyimin içərisinə tərəf olmaqla) boyun yerinə qoyulur və çevrilən tikişlə 0,7 sm enində işlənilir. Köbə geyimin içəri tərəfinə çevrilib düzəldilir və geyimə basdırma tikişi ilə birləşdirilir. Onda tikiş çevrilən tikişdən 0,2-0,3 sm aralı salınır. Köbənin içəridəki kənarı əldə
► Fiqurlu kəsiyi olan yaxa yerlərinin hazırlanması
Fiqurlu yaxa yerlərini (Şəkil 2.15) köbə ilə hazırlamaq daha əlverişlidir. Köbəni yaxa yerinin formasında və ya parçanın çəpinə istiqamətində biçirlər. Bu cür biçilmiş köbə yaxalığın formasını yaxşı götürür. Köbəni və məmulatı üz-üzə qoyub kənar kəsiklərini bərabərləşdirir, kökləyir və maşınla tikirlər. Sonra köbəni məmulatın tərs tərəfinə çevirir, məmulatdan kant əmələ gətirməklə kökləyirlər. Köbənin açıq tərəfini isə 0,5 sm enində tərs tərəfə qatlayıb məmulata gizli tikişlə basdırırlar. Kənarı sökülən parçalardan hazırlanan köbələrdə isə köbənin kənarını əvvəlcədən xüsusi maşınla və ya əllə hörmələmək lazımdır.