► Lifin ətəklik ilə müxtəlif üsullarla birləşdirilməsi
Lifi və ətəkliyi birləşdirməzdən əvvəl onları ayrı-ayrılıqda hazırlamaq lazımdır. Lifdə qarsaqları, qatlamaları, bağlamaları, çiyin və yan tikişini, yaxa yerini hazırlayırlar. Ətəklikdə
isə büzmələri, qarsaqları, qatlamaları
və s. hazırlayıb hissələrini birləşdirirlər.
Pambıq parçalardan hazırlanan
paltarda yan tikişlər ətək tərəfə, qalan
tikişlər isə modelə uyğun olaraq ütülənir.
Yun ipək, sintetik parçalardan hazırlanan
paltarda isə tikişlərin arası iki tərəfə açılıb
ütülənir.
Lifin ətəklik ilə birləşdirici tikişlə birləşdirilməsi üçün ətəkliyi tərs tərəfə, lifi isə üz tərəfə çevirirlər. Lifi ətəkliyin içərisinə salıb yan tikiş xətlərini, qarsaqları və s. bərabərləşdirib sancaqlayırlar. Sonra lifi ətəkliyə kökləyir və lif tərəfdən 1,2-1,5 sm enində maşın tikişi ilə tikirlər. Əgər ətəklik büzməli hazırlanarsa, onda büzməni bərabər yaymaqla lifi ətəkliyə ətəklik tərəfdən birləşdirirlər. Büzmənin dartılmasının qarşısını almaq üçün tərs üzdən bel xəttinə haşiyə kökləyib büzmə tikişinin üzərindən maşınla birləşdirirlər (Şəkil 2.13. a, b). |
Şəkil 2.13. Beldən kəsik paltarlarda
lifin ətəklik ilə birləşdirilməsi
|
Üstdən getmə tikişlə lifin ətəkliyə birləşdirilməsi üçün əvvəlcə lifin aşağı hissəsini tərs tərəfə qatlayıb kökləyir və ütüləyirlər. Qatlamanın eni üstdən getmə tikişinin eni + 1,2-1,5 sm tikiş payına bərabər götürülür. Sonra lifi ətəkliyin üz tərəfinin üzərinə qoyub üstdən getmə tikişlə kökləyir, maşınla tikirlər və tikişi ütüləyirlər (Şəkil 2.6. c).