► Qabaq və arxanın yan və çiyin kəsiyində birləşdirilməsi
Paltarın arxa hissəsi orta tikişlidirsə, onda hissələrin birində ülgü vasitəsilə tikiş xətti qeyd olunur və maşında tikilir. Əgər parça damalı, zolaqlıdırsa, onda əvvəlcə naxışları uyğunlaşdırmaqla 1,0-1,5 sm uzunluğunda kök tikişi ilə kökləyib, sonra maşında tikirlər. Qabaq və arxa hissə üst tərəfi içəridə olmaqla üz-üzə qoyulur, kənar kəsiklər bərabərləşdirilir, qeydiyyatlara əsasən kürək tərəfdən köklənir. Qabaq və arxa hissənin çiyin kəsikləri barabərləşdirilir və kürək tərəfdən köklənilir. Kürəyə 1,5 sm enində yığım verilməlidir. Yığmanı yaxa yerindən başlayaraq qol dibinə 3-4 sm qalana qədər vermək lazımdır. Çiyin və yan tikişlərini maşında kök tikişindən 0,1 sm məsafədə tikib, sonluqlarını bəndləyirik. Əgər çiyində qarsaq və qatlama yoxdursa, hörmələyib bir tərəfə, yaxud açaraq iki tərəfə ütüləyirik. Əgər çiyin və yan tikişlər bir tərəfə ütülənməlidirsə, onda kürək tərəfə ütülənir. Dartılan parçadan hazırlanan geyimdə çiyin tikişinə haşiyə (uzanmayan parça) qoyularaq tikilir. Bu, çiyin tikişinin dartılmasının qarşısını alır. Əgər çiyin və yan tikişi iki tərəfə açılıb ütülənirsə, onda birinci yoxlamadan sonra çiyin və yan kəsiklər hörmələnir, sonra birləşdirilir. Əgər çiyin və yan tikiş bir tərəfə ütülənirsə, onda maşında birləşdirdikdən sonra hörmələnir.
► Paltarın aşağı kəsiyinin hazırlanması
Paltarın aşağı kəsiyini qatlamazdan əvvəl onun aşağı kəsiyini dəqiqləşdirmək lazımdır. Bunun üçün paltarı üst tərəfə çevirib onun qabaq və arxa hissələrini 2 qat qatlayıb yan tikişlərini, klin tikişlərini bərabərləşdirirlər. Sonra paltarın aşağısını ülgü üzrə qeyd edib qatlayırlar. Paltarın aşağısını xüsusi maşınlar (85s. PO, SM-2 və s.) və gizli əl ilmələri vasitəsilə qatlayırlar. Nazik parçadan və kənarı sökülən parçalardan hazırlanan geyimlərdə kəsiyin kənarını əvvəlcə hörmələyir, sonra isə qatlayıb gizli basdırma ilmələri vasitəsilə tikirlər. Paltarın aşağısını qatlayarkən parçanın öz rəngində olan ipək saplardan istifadə etmək