► Donlarda üstdən qoyma ciblərin hazırlanması
Geyimlərdə geniş yayılmış üstdən qoyma ciblər (Şəkil 2.11) formasına, ölçüsünə, konstruksiyasına, naxışına, görünüşünə, icra qaydasına və birləşdirilməsinə görə olduqca müxtəlifdirlər. Belə ciblər iki mərhələdə hazırlanır: cibin hazırlanması və qabaq hissəyə birləşdirilməsi.
Parça naxışlı (zolaqlı, mil-mil və damalı) olduqda ciblərin qabaq hissəyə uyğunlaşdırılması üçün onlar bir qədər böyük biçilir. Bu halda cib qabaq hissənin üzərinə (qeyd olunmuş yerə) qoyulub, naxışlar bir-birinə uyğunlaşdırıldıqdan sonra ülgü ilə dəqiqləşdirilir və tikiş payı saxlanılmaqla artıq parça kəsilir. Cibin yuxarısı xarici görünüşünə görə bəzəksiz və ya listikə bənzər naxışla kəsik və s. ola bilər (Şəkil 2.12.). Cibin yuxarısını listiksiz hazırladıqda yapışqanlı və ya kətan haşiyə qoyulur. Yapışqanlı haşiyə ütü ilə yapışdırılır, kətan haşiyə isə cibin qeyd olunmuş qatlanma xətti boyu qatlanan tərəfinə qoyulub yuxarı kənarı ilə tikilir. Yuxarı tərəfi düz xətli ciblərin qatlanma payı astar tərəfə ütülənir və 0,5-0, 7 sm enində içəri qatlanmaqla xüsusi maşında, gizli tikişlə cibə bənd edilir. Kənarı əyri xətli ciblər cibin yuxarısının formasında biçilmiş köbə ilə hazırlanır. Köbənin