Çiyin geyimlərinin hazırlanması
► Kəmərin hazırlanması
Kəmər əsas parçadan, astarsız və ya astarlı, ara materialı ilə, yaxud onsuz hazırlanır.
Əgər kəmərdə ara materialı olarsa, hazır kəmərin ölçüsündə (Şəkil 2.10) üstü yapışqanlı,
xovlu material (qalın parçadan tikilən geyimlərdə) ilə və ya hissənin ölçüsündə (geyim
nazik parçadan tikildikdə) astar tərəfdə ütü ilə, yaxud presdə kəmərin əsas parçası ilə
birləşdirilir. Modadan asılı olaraq, kəmər ilgəkli, qarmaqlı, düymə ilə və ya toqqalı
hazırlanır. Kəmər aşağıdakı qaydada tikilir. Qalın parçadan geyimin kəmərinin uzununa
kəsiyi çevrilən tikişlə 0,7 sm enində tikilir. Kəmər elə düzəldilir ki, onun tikişi kəmərin
uzunluğu boyunca ortaya düşsün. Onun bir ucu qeyd edilmiş yerdən tikilir (Şəkil 2.10. a).
Tikişin sonunda 0,2-0,3 sm tikiş payı saxlanmaqla artıq parça kəsilir. Tikiş ütü ilə açılır,
kəmər üz tərəfə xüsusi alətlə çevrilir, köklənir və preslənir.
Uzununa tikiş ilməkləyici maşında və
ya ziqzaq tikişli maşında tikildikdə kəmərin
ucu tikilir. Sonra küncləri çevrilir və
uzununa tikilir (Şəkil 2.10. b). Bu maşınlardan
istifadə etdikdə parçaya qənaət edilir
və məmulatın keyfiyyəti yaxşılaşır (tikiş
xeyli nazik alınır). Kökləndikdən sonra
presdə ütülənir, sonra modaya müvafiq
baxyalanır. Geyim nazik parçadan tikildikdə
kəmərin ucu və uzununa baxya sırası eyni
vaxtda icra edilir (Şəkil 2.10. c). Pambıq
parçadan tikilən geyimdə əvvəlcə kəmərin
ucu 0,1-1,5 sm içəri qatlanır, yan kəsiyi üst-üstə
qoyulur, üst kəsiyi 0,7 sm içəri
qatlanmaqla qatlama xəttindən 0,1-0,2 sm
məsafədə üstdən tikilir. Kəmərin qatlanmış
|
Şəkil 2.10. Kəmərin hazırlanması
|
ucu eyni vaxtda tikilir (Şəkil 2.10. ç). Kəmər düymə, ilgək, qarmaq, toqqa və bənd
bağlamaqla hazırlandıqda onun tikilməyən ikinci ucu 0,7-1 sm içəri qatlanır, qatlama
xəttindən 0,1-0,2 sm məsafədə tikilir və ya əl ilə çəpinə tikişlə basdırılır. Uclarında ilgək
və düymə yeri müəyyənləşdirilir. İlgək və düymə xüsusi maşınlarda tikilir. Kəmər qarmaq
və qarmaq ilgəyi ilə hazırlandıqda onun orta tikişinə içəri tərəfdən kəmərin ucundan 1,5-
2 sm aralı qarmaq qoyub əl ilə, hər bir qulaqcıqdan 4-5 tikişlə bərkidirlər (Şəkil 2.10. d).
Kəmərin o biri ucunda lazımi ölçüdə sapdan ilgək tikirlər. Bu əməliyyatı xüsusi bəndləmə
maşınlarında da yerinə yetirmək olar. Kəmər toqqa ilə hazırlandıqda toqqanı kəmərin
ucuna keçirib 4-5 sm qatlayır, maşında (adi universal maşında və ya ziqzaq tikişli
maşında) və ya əl ilə çəpinə tikişlə kəmərə tikirlər (Şəkil 2.10. e). Qatlanmış ucun kəsiyi
tikişdən kəsilir (qalın parçada), yaxud qatlanıb bəndlənir. Kəmər körpü vasitəsilə bağlandıqda (toqqanın əvəzinə)