Zəncirbənd bağlamasının bağlı tesma ilə hazırlanması. Bu bağlamanı hazırlamaq üçün geyimin bağlanmasına verilən tikiş payını 1,5 sm enində tərs tərəfə qatlayıb ütüləyirlər. Sonra parçanın tərs tərəfindən tesmanın bir tərəfini elə kökləyirlər ki, onun dişləri qatlanmış hissədən kənara çıxmış olsun. Üstdən isə maşınla tikirlər. Tesmanın o biri hissəsini qatlanmış hissədən aralı tikirlər. Sonra isə bəzək tikişi ilə üst tərəfdən tikib ütüləyirlər.
► İlgəklərin növləri və hazırlanması
İlgəklər təyinatına görə müxtəlif olur. Məsələn, gözlü ilgəklər, çərçivəli ilgəklər, köbəli ilgəklər, qaytanlı ilgəklər. İlgəklərdən bortlarda, manjetlərdə, şalvarda, ətəklərdə və s. məmulatlarda bağlamaq üçün istifadə olunur. İlgəklər uzununa və eninə açılır. Qadın geyimlərində ilgəklər sağ tərəfdə, kişi geyimlərində isə sol tərəfdə açılır.
maşında, az hallarda əl ilə icra edilir. İlgəyin yerini məmulat hissəsinin üz tərəfində köməkçi ülgü vasitəsilə iki nöqtə ilə elə nişanlayırlar ki, onlar sonrakı işlənmə zamanı ilgəyin kəsiyi xəttinə düşsün (Şəkil 2.7. b). Tikiş maşını platforması üzərində ilgəklər arasındakı məsafəni təyin edən xüsusi tərtibat olduqda ancaq bir nöqtə qeyd edilir. Bu ilgəyi ilmələyib qurtardıqdan sonra onu tərtibata geydirir və sonrakı ilgəyi ilməkləyirlər.