► Geyimdə koketkanın hazırlanması
Geyimlərdə bəzək məqsədilə koketkalardan geniş istifadə olunur (Şəkil 2.4). Koketkalar müxtəlif formada olub, əsasən ətəkdə və kürəkdə hazırlanırlar. Əsas hissəyə koketkalar birləşdirici tikiş və üstdən getmə tikişin köməyi ilə birləşdirilir.
Koketkaların əsas hissəyə birləşdirici tikişlə birləşdirilməsi. Bunun üçün əsas hissəni və koketkanı üz tərəfi içəri olmaqla üz-üzə qoyub kökləyir və koketka tərəfdən maşın tikişi ilə tikirlər. Sonra tikişi koketka tərəfə ütüləyirlər. Əgər modeldə bəzək tikişi nəzərdə tutulubsa, həmin tikişi tikirlər. Lakın bu tikişin eni birləşdirici tikişin enindən 1-1,5 sm az götürülməlidir.
Koketkaların əsas hissəyə üstdən getmə tikişlə birləşdirilməsi. Düz koketkanın əsas hissəyə üstdən getmə tikiş ilə birləşdirilməsini nəzərdən keçirək: əvvəlcə koketkanın aşağı kənarını işarə olunmuş qat payı qədər qatlayıb ütüləyirlər. Sonra həmin koketkanı əsas hissədə işarə olunmuş xəttin üzərinə qoyub kökləyirlər və üstdən getmə tikiş ilə tikirlər. Üstdən getmə tikişin eni modeldən asılı götürülür. Amma nəzərdə saxlamaq lazımdır ki, bu tikişlərin eni tikişlərin qat payından 1-1,5 sm az olmalıdır.
Fiqurlu və oval kəsikli koketkalar. Bu koketkalar əsas hissəyə aşağıdakı kimi birləşdirilir: əgər bəzək tikişinin eni (üstdən getmə) 0,2-0,3 sm olarsa, onda koketkanın aşağı tərəfini 1,5-2 sm tərs tərəfə qatlayıb ütüləyirlər (Şəkil 2.5). Sonra isə koketkanı əsas hissəyə işarə olunmuş xətt üzrə kökləyir və üstdən getmə tikiş ilə tikirlər. Əgər bəzək tikişinin eni