► Qatlamaların hazırlanması
Qatlamalar qarsaqların bir növü hesab edilir. Bunlar məmulatın əsas hissələrində sərbəst hərəkətin təmin edilməsi, eyni zamanda məmulatın bədənə yaxşı yatması üçün, eləcə də fason xətləri yaratmaq məqsədi ilə layihələndirilir. Onlar bir tərəfli, qarşı-qarşıya, bant şəklində və s. növlərə ayrılır (Şəkil 2.3).
a)
|
b)
|
c)
|
Bir tərəfli qatlamalar onların qatlanma yerləri üz tərəfdən bir istiqamətə yönəlmiş olur. Hər bükümü tərs üzdən üç xətlə nişanlayırlar: orta xətt (daxili qatlama xətti), yan xətt (xarici qatlama xətti) və birləşdirici tikişin sonunu müəyyən edən xətt. Bükümün dərinliyi modeldən asılıdır. Əgər hissədə bir büküm nəzərdə tutulubsa, onun dərinliyi 4-dən 8 sm-ə qədər ola bilər. Əgər hissədə bir neçə büküm olacaqsa, onları 2-3 sm dərinliyində layihələndirirlər, hissələri biçərkən bükümün iki dərinliyi ölçüdə pay qoyulur. Məsələn, əgər bükümün dərinliyi 2 sm-dirsə, onda 4 sm pay qoyulmalıdır. Hissəni nişanlanmış orta xətt üzrə üst tərəfi içəri olmaqla qatlayıb yan xətlərdən seyrək tikişlə (1sm-ə 2-3 tikiş) 222 sinif PO maşınında tikirlər, yaxud əl ilə 1-2 sm uzunluğunda tikişlə kökləyib sonra birləşdirici tikişlə işarələyirlər. Tikişi eninə istiqamətdə, yaxud oval xətlə qurtarırlar. Bundan sonra hissəni üst tərəfi aşağı olmaqla stolun üstünə sərirlər. Bükümün tikildiyi sahədə kökləmə tikişini sökür, bükümü modeldən asılı olaraq, bir tərəfə çevirib tam nazilənə qədər ütü ilə yatırdırlar. Büküm üz tərəfdən modeldə nəzərdə tutulan məsafədə bəzək tikişi ilə işlənilə bilər. Bükümü xüsusi