Çiyin geyimlərinin hazırlanması
döş və bel xəttində, kürəkdə, çiyin xəttində yerinə yetirilir. Bu
qarsaqların arası kəsilmir. Bütöv qarsaqlar aşağıdakı kimi hazırlanır. Əvvəlcə qarsaqların
yerini təbaşirlə işarələyirlər, sonra qarsağın yuxarı başlanğıcından bəndləmə
əməliyyatını yerinə yetirərək orta xəttə kimi genişləndirirlər. Orta xətdən başlayaraq
aşağıya doğru qarsağı getdikcə ensizləşdirilir, qurtaracağında isə tikiş heçə çıxarılır və
bəndləmə əməliyyatı yerinə yetirilir (Şəkil 2.2. a, b). Döş hissədə yerləşən qarsağı
hazırlamaq üçün qol dibindən 3-4 sm aşağı düşərək qarsağın yerini işarələyirlər. Qarsağın
orta tikişi müəyyən olunub və tikiş üzrə qarsağı üz-üzə qatlayıb kökləyir və tikirlər. Döş
qarsağının uzunluğu döşün ucuna qədər olur. Eni isə insan bədəninin quruluşundan asılı
olaraq dəyişir. Qarsaqlar hazır olduqdan sonra onlar ütülənir (Şəkil 2.2. c, ç). Kürək
hissədə bel xəttində olan qarsaqlar kürəyin orta tikişinə tərəf ütülənir. Ətəyin (önün) bel
xəttində yerləşən qarsaqlar içəriyə, döş hissədə yerləşən qarsaqlar isə aşağıya doğru
ütülənir. Kəsik qarsaqlardan, əsasən, üst geyimin qabaq hissəsində istifadə olunur. Bu
zaman qarsaqların arası kəsilir və onlar iki tərəfə açılıb ütülənirlər. Bu qarsaqlar
aşağıdakı kimi hazırlanır. Qarsaq yerləşən hissənin içəri üzlərini üz-üzə qoyub kökləyir
və kəsiyin kənarından 1-1,5 sm məsafədən başlayaraq tikişi qeyd olunan nöqtəyə qədər
azalda-azalda sonunu heçə gətirməklə tikirlər. Tikişin sonunda bənd vururlar, yaxud
sapların uclarını tərs tərəfə çıxarıb düyünləyirlər və qarsağı iki tərəfə açıb ütüləyirlər.
Bundan başqa, məmulatın hissələrinə müəyyən forma, bəzək vermək üçün relyef
qarsaqlarından istifadə edilir. Bu qarsaqlar ya çiyin xəttindən və yaxud da qol dibindən
başlanır. Bu qarsaqlar hazır olduqdan sonra üstdən getmə bəzək tikişlərindən istifadə
edirlər.
Şəkil 2.2. Qarsaqların işlənməsi