Çiyin geyimlərinin hazırlanması
Tələbələr üçün fəaliyyətlər
- Əlavə mənbələrdən (internet, kitab, jurnal və s.) istifadə etməklə müxtəlif növ köynək
modelləri haqqında məlumat toplayın və təqdimat hazırlayın. Dərsdə təqdimatları nümayiş
etdirin və müzakirələr aparın.
- Hər alət və tərtibatın adı kağız parçalarına yazılaraq bir qutuya atılır. Sonra müəllim
tərəfindən oyunda iştirak edəcək tələbələr seçilir. Hər tələbə qutudan kağız parçası çıxarır
və müəllim qum saatını çevirib 1 dəqiqə vaxt verir. Vaxt bitənə qədər tələbə kağızda yazılan
alət və tərtibat haqqında mümkün qədər çox məlumat verməyə çalışır. Verilmiş vaxt ərzində ən
çox məlumat verən tələbə qalib elan olunur.
- Beş qrupa bölünün. Hər qrupa istənilən bir köynək modeli təqdim olunur. Müəllim tərəfindən
verilmiş vaxt ərzində həmin modeli təsvir edin. Vaxt bitdikdə hər qrup öz işini təqdim
etsin, digər qruplar isə əlavələrini bildirsin. Beləliklə, fikir mübadiləsi aparılsın.
- Müxtəlif növ parçalardan istifadə edərək albom və yaxud stend hazırlayıb təqdim edin.
- Əlavə mənbələrdən istifadə etməklə müasir xüsusi tikiş maşınları haqqında təqdimat
hazırlayın.
- Emalatxanada istənilən fasonda köynək hazırlayın.
- Emalatxanada müxtəlif növ tikişləri icra edin. Sonra cütlərə bölünün. Hazırladığınız
nümunələri dəyişin və bir-birinizin işini qiymətləndirin.
- Emalatxanada əl və maşın tikişlərinin müxtəlif növlərini icra edin. Həmin nümunələrdən
ibarət albom və ya stend düzəldib dərsdə tikişlərin təyinatını izah edərək təqdimat aparın.