Çiyin geyimlərinin hazırlanması
gəlməli, çevrilmiş tikişin və yaxalığın boyun yerinə birləşdirən tikiş payının
eni qədər ensiz biçilməlidir (Şəkil 1.31. a, b, c). Yatan yaxalığı işlədikdə əvvəlcə alt yaxalıq
boyun yerinə, sonra isə üst yaxalığa çevrilən tikişlə birləşdirilir (Şəkil 1.31. ç). Yaxalığı
hazırlamaq üçün üst və alt yaxalıq üz-üzə qoyulur və araqatı materialının kəsiklərinə
bərabərləşdirilir. Yaxalığın yan kəsikləri alt yaxalıq tərəfdən 0,5-0,7 sm çevrilən tikişlə
birləşdirilir. Sonra onun boyun yerinə yatan kənarı tikilir. Uclarında 0,3 sm tikiş payı
saxlanmaqla artığı kəsilir və kənarları düzəldilməklə üz tərəfə çevrilir. Yapışqanlı araqatı
materialı (Şəkil 1.31.d) yaxalığın boyun yerinə yatan kənarındakı çevrilən tikişi örtür və
alt yaxalığa oturacaq kəsiyi boyu 0,1-0,2 sm enində tikilir. Yaxalığı calanan dayaqla
işlədikdə kəsikləri düzəldilir, dayağın içərisinə əlavə qat qoyulur. Sonra yaxalığın geriyə
qatlanan kənarının tikilməyən yeri dayaqla birləşdirilir, dayağın yanları çevrilən tikişlə
işlənilir (Şəkil 1.31. e). Dayaq üz tərəfə çevrilir. Tikişlər düzəldilir və ütülənir. Onun alt
hissəsinə əlavə material qatına nəzarət çərtikləri vurulur. Yaxalıq boyun yerinə tikilir və
tikiş dayaq tərəfə yatırdılır. Dayağın üst hissəsinin kəsiyi alt dayağının tikişini 0,2 sm
örtməklə qatlanmış kənardan 0,1 sm məsafədən boyun yerinə birləşdirilir. Dayaq ilə
bütöv biçilən yaxalıq çevrilən (Şəkil 1.31. ə) tikişlə işlənir. Sonrakı əməliyyatlar dayağı
ayrı biçilən yaxalıqdakı kimi aparılır. Üst yaxalıq araqatı materialı ilə birlikdə boyun
yerinə tikilir. Alt yaxalığın aşağı kəsiyi 0,7 sm enində qatlanıb üst yaxalığın tikişini
örtməklə həmin yerdən 0,1 sm aralı boyun yerinə birləşdirilir. Yaxalığın boyun yerinə
yaxşı yatması üçün oturacağı ilə bütöv biçilmiş yaxa qatlanma xəttindən 0,5 sm aşağıdan
boşluq əldə edilməklə alt yaxalığa tikilir.
Şəkil 1.31. Yaxalığın işlənilməsi və boyun yerinə birləşdirilməsi