1.5. Köynəyi texnoloji ardıcıllıqla hazırlayır.
► Köynəyin hazırlanma ardıcıllığı
Köynək aşağıdakı ardıcıllıqla hazırlanır:
► Köynəklərin biçilməsi və tikişə hazırlanması
Biçilmiş köynəklərin hissələrinin sayı onun fasonundan asılıdır. Köynəklər, əsasən, aşağıdakı hissələrdən ibarətdir: 1 - kürək; 2 - ətək; 3 - qol; 4 - yaxalıq; 5 - manjet (Şəkil 1.30). Geyimin hissələrini biçdikdən sonra hazır biçim tikişçiyə təhvil verilir. Tikişçi biçilmiş hissələrin sayını, ölçülərini və keyfiyyətini yoxlayır, aşkar olunan nöqsanlar barədə biçiciyə məlumat verir. Hissələri bir-birinə dəqiq birləşdirmək üçün onların üzərində nəzarət işarələri qoyulur. Bu işarələrlə qarsağın uzunluğunu, enini, müxtəlif relyef tikişlərinin sonunu müəyyən edirlər.