Çiyin geyimlərinin hazırlanması
Təpçimə tikişi ilə fərdi sifarişlərlə üst geyimləri (palto, don) hazırladıqda məmulatın yan
kəsiklərini, çiyin kəsiklərini, qol kəsiklərini və digər kəsikləri müvəqqəti birləşdirirlər.
Şəkil 1.23. Təpçimə tikişi:
a - xarici görünüşü; b - tətbiqinə dair nümunə
Kökləmə tikişi düzünə tikişdən alınaraq bir-birinə müstəvi üzrə (səthləri üzrə)
uyğunlaşdırılan hissələrin müvəqqəti birləşdirilməsi üçün tətbiq edilir, məsələn, qabaq
hissənin bort araqatı materialına köklənməsi. Düzünə tikişdən kökləmə tikişi ilə yığılma
alınmadan və hissələrdən birini yığmaqla kökləmək olar. Məsələn, palto, pencək və
jaketlərdə bortaltının köklənməsi əməliyyatında bu kökləmədən istifadə edilir (Şəkil 1.24).
Şəkil 1.24. Kökləmə tikişi:
a - xarici görünüşü; b - geyimin qabaq tərəfinin bort araqatı materialı ilə birləşdirilməsində
kökləmə tikişindən istifadə olunmasına misal; c-şalvarın qabaq yarımhissəsinin
astarla birləşdirilməsində kökləmə tikişinin tətbiqinə dair nümunə