Biriynəli məkikli tikişli elektron düymə tikən AVRORA A-1903 avtomat maşını (Şəkil 1.22) 8mm-dən 15mm-ə qədər diametri olan iki, üç və dörd gözlü düymələrin tikilməsi üçün nəzərdə tutulmuşdur. Texniki xarakteristikası:
A - 1903 avtomat maşının bir sıra üstün cəhətləri var. Məsələn, əməliyyatın sonunda pəncənin avtomatik qalxması və sapın avtomatik kəsilməsi; iş zamanı vibrasiyanın və səs-küyün minimal səviyyədə olması; maşının yaddaşına 200-ə qədər tikiş proqramının quraşdırılması. Maşında mexanizmlərin rahat, axıcı işləməsi müxtəlif növ parçalardan hazırlanmış tikiş məmulatlarında düymələrin keyfiyyətli tikilməsinə və bununla da əmək məhsuldarlığının artmasına səbəb olur. |