Rostov Mexaniki Tökmə Zavodunun istehsalı olan 508 sin. hörmələyici maşın qadın yüngül paltarlarının, xələtlərin, kostyumların, kişi köynəklərinin, yüngül uşaq geyimlərinin ikisaplı zəncirvari tikişlə tikilməsi, eyni zamanda kənar hissələrin üçsaplı zəncirvari hörmələyici tikişlə hörmələnməsi üçün istifadə olunur. Maşının baş valının sürəti 5000 dövr/dəq, tikişin addımı 3 mm, iynələr arası məsafə 7 mm, kənar hörmənin eni 5-6 mm, tikişin eni 12-13 mm-dir. Maşında 9A№ 75-100 iynələr işlədilir.
Yaponiyanın "Cuki" firmasının M0-816-DD4 sin. maşını ikisaplı zəncirvari tikişlə yüngül qadın paltarlarının, uşaq geyimlərinin, kişi köynəklərinin tikilməsi, eyni zamanda üçsaplı zəncirvari tikişlə hörmələnməsi üçün nəzərdə tutulmuşdur. Maşında baş valın sürəti 6500 dövr/dəq, tikişin addımı 4 mm-ə, hörmənin eni 3,2 mm-dən 6,35 mm-ə, paralel tikişlər arası məsafə (yaxud iynələr arası məsafə) 3,2 mm, tikişin eni 6,4 mm-dən 9,55 mm-ə qədər nizamlanır. Yaponiyanın istehsalı olan DS x 27 iynələr işlədilir.
Almaniya Demokratik Respublikasının "Tekstima" Birliyinin 8515/700 sin. maşını yüngül qadın paltarlarının, uşaq geyimlərinin hissələrinin ikisaplı zəncirvari tikişlə tikilməsi, üçsaplı zəncirvari tikişlə hörmələnməsi üçün nəzərdə tutulmuşdur. Maşında baş valın sürəti 7500 dövr/dəq, tikişin addımı 1,6 mm-dən 3,22 mm-ə, hörmə tikişin eni 5 mm-ə, pəncəaltında materialın qalınlığı 3 mm-ə qədər olur. Almaniyanın istehsalı olan B- 27 № 70-80, 0037 № 70-80 iynələr işlədilir.
Məkikli tikişli ilgək hazırlayan AVRORA A-782 D maşını (Şəkil 1.21) köynək, trikotaj məmulatları, alt paltarı, yataq dəyişəcəyi, iş paltarı və s. ilgək hazırlamaq üçün nəzərdə tutulmuşdur.
Texniki xarakteristikası:
A-782 D ilgək hazırlayan avtomat bir çox üstünlüklərə malikdir. Məsələn, ilgəyin uzunluğu və eni çox rahat və sadə üsulla tənzimlənir; pəncənin qalxma hündürlüyü 12 mm-ə qədərdir ki, bu da qalın parçalardan tikilən məmulatlarda ilgəyin hazırlanmasını asanlaşdırır; əməliyyat sona çatdıqda, sap avtomatik olaraq kəsilir, bununla da ilgəyin keyfiyyətli alınması təmin olunur; iş zamanı səs-küyün minimal səviyyədə olması və elektrik enerjisinin 40%-dək qənaət olunması da avtomatın üstün cəhətlərindəndir. Bu üstünlüklər keyfiyyətli ilgəyin