Sapdartıcı - iynəyə, məkiyə, ilmə əmələ gətiriciyə sapın ötürülməsini, ilgəyin dartılmasını, sapın bobindən (makaradan) çəkilməsini;
Məkik - əmələ gələn ilgəyi tutub genişləndirməyi, öz makarası ətrafında fırladıb sapların birləşməsindən ilmə əmələ gətirməyi;
Parça aparan mexanizm (tamasa) - parçanın bir tikiş addımı qədər irəli və ya geri aparılmasını;
Pəncə - parçanın iynə lövhəsinə və dişli tamaşaya sıxılmasını yerinə yetirir.
Müxtəlif çiyin məmulatlarını tikərkən parçanın kənar hissələrinin kəsilib hörmələnməsi üçün hörmələyici tikiş maşınlarından geniş istifadə olunur. Hörmələrdən müxtəlif məqsədlər üçün istifadə olunur, əsasən də kəsilmiş hissələrdə sapların çözələnməsinin qarşısını almaq üçün. Belə növ hörmələr paltarların, astarsız gödəkcə və s. məmulatların emalında geniş yayılmışdır. Bəzi hallarda hörmədən məmulatın ayrı-ayrı hissələrinin təkcə bərkidilməsi üçün yox, həm də onun bəzəyi üçün istifadə olunur. Hörmələyici tikişlər birsaplı, ikisaplı, üçsaplı, beşsaplı olur.
Hal-hazırda tikiş sənayesində aşağıda adları çəkilən hörmələyici maşınlardan istifadə edilir.
M.İ.Kalinin adına Podolsk Mexaniki Zavodunun buraxdığı 51 sin. maşını. Maşının kinematik sxemi şəkil 1.20.-də göstərilmişdir. Bu maşın iki, yaxud üçsaplı hörmələyici tikişlə paltarlıq, alt trikotaj geyimlərində hissələrin kənarlarının hörmələnməsində istifadə olunur. Maşında baş valın sürəti 3500 dövr/dəq, tikişin addımı 1,5 mm-dən 4 mm-ə qədər, hörmənin eni 3 mm-dən 6 mm-ə qədər nizamlanır. Maşında 0029 № 60-75 iynələr işlədilir. Bu maşının yenilənmiş variantı olan 51-A sin. maşını paltoluq və kostyumluq materiallarından olan geyimlər üçün nəzərdə tutulmuşdur.