Tikiş maşınları, əsasən, baş hissədən, maşının yerləşdiyi stoldan və fərdi elektrik ötürücüsündən ibarət olur. Maşının baş hissəsi qolun başlanğıcından (1), qoldan (2), nazim-çarxdan (3), qolun dayağından (4), platformanın (5) üstündəki qolun içində və platformanın altında yerləşən ötürücü hissələrdən ibarətdir (Şəkil 1.19).
Fırlanma hərəkəti elektrik mühərrikindən nazimçarxa ötürülür.
Nazimçarxdan ahnan hərəkət maşının işçi orqanlarına ötürülür. Hər bir tikiş maşınında tikişlərin əmələ gəlməsində aşağıdakı əsas işçi orqanlar iştirak edir.
İynə - parçanın deşilməsi, oradan yuxarı sapın keçirilməsi və ilgəyin əmələ gəlməsini;